İstanbulda böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsi anılıb
Bizi izləyin

Tabloid.az

İstanbulda böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsi anılıb

İstanbulda böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsi anılmışdır

İstanbuldakı “Kultur A.Ş.” Mərkəzində böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Azərbaycanın İstanbuldakı baş konsulluğu, İstanbul Böyük Şəhər Bələdiyyəsi və Türkiyə-Azərbaycan Dərnəyinin (İST-TAD) təşkil etdiyi mərasim filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın “Məhəmməd Hüseyn Şəhriyar” kitabının Türkiyə nəşrinin təqdimatı ilə başlamışdır.

Mərasimdə İstanbuldakı diplomatik korpusun təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Məhəmməd Hüseyn Şəhriyar haqqında sənədli filmə baxmışlar. Filmdə xalq artisti Rübabə Muradovanın ifasında səsləndirilən “Heydər baba” mahnısı hərarətli alqışlarla qarşılanmışdır.

“Kultur A.Ş” Mərkəzinin baş direktoru Nevzat Kütük, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Emma Heydərova, İST-TAD-ın rəhbəri Səfər Qaraqoyunlu, professor Məhəmməd Nur Doğan, Esmira Fuad və başqaları ustad şair Şəhriyarın yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşmüşlər.

Çıxışlarda qeyd olunmuşdur ki, Şəhriyarın bədii yaradıcılığı Azərbaycana tükənməz sevgilə, xalqına və Vətəninə böyük ehtiramla dolu olan misralarla zəngindir.

Bildirilmişdir ki, Şəhriyar müasir Azərbaycan ədəbiyyatında təkrarolunmaz simadır. O, özünəməxsus yaradıcılıq üslubu, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə dünya ədəbiyyatının inkişafına böyük töhfələr vermişdir.

Mərasim bədii hissə ilə davam etmişdir.

“Kultur A.Ş” Mərkəzində Şəhriyarın həyat və yaradıcılığından ibarət rəsmlərin arasında “Xarı bülbül”, “Xocalı yaylağı” kimi tablolar da yer almışdır.

Tədbirdə İstanbulun məşhur “Qafqaz ulduzları” rəqs qrupunun ifaları, rəngarəng musiqilər maraqla qarşılanmışdır.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm