Heydər Əliyev Mərkəzində amerikalı müğənninin konserti olub
Bizi izləyin

Tabloid.az

Heydər Əliyev Mərkəzində amerikalı müğənninin konserti olub

Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış etmişdir.

Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış etmişdir.

Rok-balladaları ilə bütün dünyada şöhrət qazanan tanınmış bəstəkar və ifaçı azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirmişdir.

Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub boya-başa çatmışdır.

Maykl Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və “KİSS” qrupu kimi dünya ulduzları üçün mahnılar yazmışdır.

“Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılmışdır. Hollivudun “Şöhrət xiyabanı”nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. “Can I Touch You...There?”, “How Am I Supposed To Live Without You”, “Love is a Wonderful Thing”, “Missing You Now” onun ən məşhur mahnılarındandır.

Maykl Boltonun Luçano Pavarotti, Xose Karreras, Plasido Dominqo, Rene Fleminq, B.B.Kinq kimi ulduzlarla duetləri milyonların sevgisini qazanmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm