Orxan Babazadə Orxan Gəncəbayın evində - Fotolar
Bizi izləyin

Tabloid.az

Orxan Babazadə Orxan Gəncəbayın evində - Fotolar

Biznesmen müğənni Orxan Babazadə Türkiyənin sənət babası sayılan Orxan Gəncəbayla olan layihəsini nəhayət ki, gerçəkləşdirib. Bu yaxınlarda İstanbuldan qayıdan Orxan özü bu barədə açıqlama verib.

“İki gün olar İstanbuldan qayıtmışam. Orxan Gəncəbay məni evinə qonaq çağırmışdı. Türkiyənin sənət babası ən gözəl məhəllədə yaşayır. Orxan Gəncəbay çox səmimi və təvazökar bir insandır. Onunla ikinci dəfə görüşməyimə səbəb “Ya rəbbim” mahnısının klip çəkilişi ilə bağlı idi. Mahnını ifamda dinlədi və çox xoşuna gəldi. Hətta mənə sənətdə babalıq edəcəyini belə söylədi.

Klipimizə gəlincə, klipin Türkiyədəki kadrları artıq hazırdı. Bakıda olan görüntülərlə tamamlanacaq. Klip hazır olandan sonra onu Orxan Gəncəbaya göstərəcəm. Daha sonra onu, söz verdiyim kimi “Kral TV”-də yayımlamaq fikirindəyəm. Klipin rejissoru Əsmər Kamilqızıdır. Orxan Gəncəbayı Bakıya da qonaq çağıracam” - deyə müğənni bildirib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm