• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Oskar mükafatına nominasiya edilən filmlərin adları açıqlanıb

Oskar mükafatına nominasiya edilən filmlərin adları açıqlanıb

2013-cü ildə çox sayda film çəkilib ki, onlardan bəziləri Oskar mükafatına nominasiya edilib. Tənqidçilər tarixi, triller və komediya janrlarında filmlər arasından ən yaxşılarını seçib. Şanslıların çoxu bundan əvvəl Oskar mükafatı almış rejissorlar və aktyorlardır.

Stiv Makkunin şimalda oğurlanaraq, qul edilən şəxsin həyatından bəhs edən

“12 il qul kimi” filmi ən yaxşı film qismində Oskara nominasia edilib. Solomon Norzap rolunu ifa edən Çivetel Ejiofor ən yaxşı aktyor, Stiv Makkuin isə ən yaxşı rejissor kimi Oskara nominasiya edilib. Amma rəqabət güclüdür.

​Oskan mükafatına nominasiya edilmiş, Kristian Beylin “Amerika Kələyi” komediyasında oynadığı İrvinq Rozenfild kələkbaz rəfiqəsi ilə birlikdə Federal Kəşfiyyat Bürosunun casusu kimi Nyu-Cersi mafiyasına qoşulur. Bu filmdə keçən il Oskar mükafatına nominasiya edilmiş “Silver Linings Playbook” filminin rejissoru Devid O Rasselin dəst-xətti görünür.

“Amerika Kələyi” filminin yaradıcı qrupundan Cenifer Lourens, Kristian Beyl, eləcə də Bredli Kuper və Emi Adams Oskara nominasiya edilib. Rəfiqəsi Rizenfildlə daim intriqada olan Sidney Prosser rolunu ifa edən Emi Adams da ən yaxşı aktrisa kimi Oskara nominasiya edilib.

Vol stritdə baş verənlər haqda danışan “Vol strit canavarı” filmi zorakılıqlarsız olsa da, qorxulu filmlərdən sayılır. Bu filmdə aktyor Leonardo De-Kaprio dələduz Cordan Belford rolunu ifa edir. Vol stritdə sərmayiçiləri aldadan Belford həddən artıq varlanır. Dələduzluq və əyyaşlıqdan bəhs edən bu film qızıl mükafat ala bilər.

İki dəfə Oskat mükafatına layiş görülmüş aktyor Tom Hank Oskar mükafatına nominasiya edilən kino-rejissor Pol Qrinqrasla bir aray gələrək gəmisi Somali piratlarının əlinə keçən kapitan Filip haqda kino çəkiblər. Rejissor Qrinqrasın kapitan Filipsi ideallaşdırması çoxsaylı tənqidlərə tuş gəlsə də film çox ürəyə yatandır.

Musavat.om

Xəbər lenti

DAHA ÇOX XƏBƏR