Necati Şaşmazla qardaşı dalaşdı- “Pusu”ya zərbə vuran ayrılıq
Bizi izləyin

Tabloid.az

Necati Şaşmazla qardaşı dalaşdı- “Pusu”ya zərbə vuran ayrılıq

Son 10 ilin ən çox izlənən “Kurtlar Vadisi Pusu” serialının yaradıcılarından biri olan Raci Şaşmaz qardaşı Necati Şaşmazla yollarını ayırıb.

Raci Şaşmaz “Pana Film”i “Pana Holding”dən ayıraraq "Yalnız Kurt" olaraq yoluna davam edib. “Hürriyet” qəzetinin yazarı Çingiz Semerci Şaşmaz qardaşlarının ayrılıq səbəbini belə təsvir edib:

“ “Kurtlar Vadisində yaşanan qardaş döyüşü böyük bir ayrılığı özü ilə gətirib. Son 10 ilin televiziyada ən çox izlənilən serialı olan və getdiyi hər kanalda müvəffəqiyyətini sübut edən “ Kurtlar Vadisi”ndə böyük bir ayrılıq yaşanıb.

“Pana Film”i quran da, Osman Sınavla birlikdə “Kurtlar Vadisi”ni yaradan da, qardaşı Necati Şaşmaza Polat Alemdar rolunu verən də Raci Şaşmazdı. Osman Sınavla ilk illərdə yolları ayrıldıqdan sonra Raci Şaşmaz Bahadır Özdener və Cüneyt Aysanla “Kurtlar Vadisi”nin reytinqini yüksəkdə tutdu. Ancaq indi Necati Şaşmaz serialda tək qalıb. Son 3 ildir Raci Şaşmaz “Kurtlar Vadisi” ilə maraqlanmırmış . Bir müddət əvvəl də “Pana Film”i “Pana Holdinq”dən ayıraraq “Yalnız Kurt" olaraq yoluna davam edib.

“Kurtlar Vadisi”ndə tək qalan Necati Şaşmaz isə “Pana Film”də tək söz sahibi olub. Serialda son 10 ildəki ən böyük parçalanma elə budur”./ “Qafqazinfo”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm