Humay Qədimova gənclərə nəyi təbliğ edəcək? - Fotolar
Bizi izləyin

Tabloid.az

Humay Qədimova gənclərə nəyi təbliğ edəcək? - Fotolar

7 ilə yaxındır “Humay” qızlar ansamblına rəhbərlik edən tarzən və müğənni Humay Qədimova milli adət-ənənələri tərənnüm etməkdə davam edir. Bu günlərdə yerli telekanallardan birində ekranlaşdırdığı bu qəbildən olan filmdə qızlardan ibarət ansambl xınayaxdı səhnəsini canlandırıb. Ansamblın hazırladığı səhnə əsl bayram əhval-ruhiyyəsində təqdim edilib. Humay xanım ansamblın üzvləri ilə birlikdə illərdən bəri qorunan bu ənənəni əyani şəkildə göstərib.

Ailə quran cütlüyün həyatında yaşanan xınayaxdı mərasimində milliliyi qorunmağın vacibliyi xüsusi vurğulayıb. Ansamblla yanaşı şairə Nazilə Səfərli də verilişə öz töhfəsini verib. Humay Qədimova təbliğatın bir qolunu da milli geyimlərin təşkil etdiyini bildirdi və qarderoblarından bunu əskik etmədiklərini bildirdi.

Sənətçi tezliklə ansamblın təqdimatında illərdən bu günümüzə gələn bir çox adət-ənənələri ekrana gətirəcəklərini bildirdi.

“Bəzi adətlərimiz var ki, zamanla unudulur. Gənclər müasirliyə can atır. Biz milli adətlərimizi elə bir tərzdə təqdim etmək istəyirik ki, yaşından asılı olmayaraq, bəyənilsin” – deyə sənətçi bildirib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm