
“Xəzər” telekanalında yayımlanan və bir müddət əvvəl bağlanan
“Ay Zaur” verilişi geri qayıdır.
Axşam.az-ın məlumatına görə, bu haqda “5/5” verilişində aparıcı
Zaur Kamal deyib. O, tamaşaçıların istəyi ilə “Ay Zaur"un yenidən
çəkildiyini bildirib: “5/5” verilişi həftəiçi beş gün canlı olaraq
yayımlanacaq. Bununla bərabər “Ay Zaur” verilişinin çəkilişlərinə
yenidən başlayacağıq. “Ay Zaur” hər həftənin şənbə günü ekrana
gələcək”.