"Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsi keçirilib - FOTOLAR
Bizi izləyin

Tabloid.az

"Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsi keçirilib - FOTOLAR

"Hicaz Production" və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdə 20 Yanvar Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı 3-cü Bədii qiraət müsabiqəsi keçirilib.

"Hicaz Production" və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdə 20 Yanvar Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı 3-cü Bədii qiraət müsabiqəsi keçirilib.

Tədbirin aparıcıları Elməddin Məmmədov və Ayşən Mirzəyeva hər kəsi salamlayaraq sözü "Hicaz Productionun" rəhbəri Ayaz Məmmədova veriblər. Ayaz Məmmədov öz növbəsində tədbirin keçirilməsində əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. Daha sonra dram və kino aktyorlarının iştirakı ilə "Qarabağ" tamaşası oynanılıb və bununla müsabiqə açıq elan edilib. Müsabiqədə 20 şagird növbə ilə ölməz şairlərin Vətənə, bayrağa aid şeirlərini səsləndirdi. Daha sonra yarışmanın münsiflər heyəti qismində iştirak edən Əməkdar artistlər Güışad Baxşiyeva, Ağalar Bayramov, Mahirə Yaqubova, eləcə də Sahib Novruzov, Ərtoğrul Kamalov, Vüqar Əbdülov və Əbdül Məcidlidən ibarət münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir deyən şagirdlərə 10 ballıq sistemlə səs verərək, ilk üçlüyü müəyyən ediblər. Qaliblər və onların ifa etdikləri şeirlər isə aşağıdakı kimidir: 1-ci yer - Aslanov Hüseynağa C.Novruzun "Sağlığında qiymət verin insanlara" şeiri ilə 2-ci yer - Ağayeva Tahirə R.Qusarçaylının "Vətən " şeiri ilə 3-cü yer Məmmədova Rəna Xəlil Rza Ulutürkün " Vətən " şeiri ilə Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.

Layihənin ideya müəllifi və icraçısı Ayaz Məmmədov açıqlamasında gənclərin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi ilə fəxr etdiyini bildirib: "Fikrimcə, şəhidlerimiz yalnız bu cür uğurlu işlərlə yada salınmalıdır. Biz də hər zaman öhdəmizə düşən bu vəzifəni hər zaman yerinə yetirməyə çalışırıq və gələcəkdə də bu amalımıza sadiq qalacağıq." Sonda 18 nömreli məktəbin direktoru V.A. Huseynli " Gənc nesildə vətənpərvərlik , müstəqillik , sadiqlik ideyalarının aşilanması" xidmətlərinə görə müsabiqənin əsas təşkilatçısı Hicaz Productionun icraçı direktoru Ayaz Məmmədovu təltif edib. Qeyd edək ki, "Mən Azərbaycanlıyam - Bədii qiraət" layihəsi "Hicaz Production"un təşkilatçılığı, Mədəniyyət və İncəsənət Universiteti və Mikayıl Müşfiq adına 18 nömrəli məktəbin dəstəyi ilə baş tutub. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm