Yeni ailə quran gənc müğənni Avropaya gedir
Bizi izləyin

Tabloid.az

Yeni ailə quran gənc müğənni Avropaya gedir

"Addım Yaradıcı Gənclər Assosiyası"nın dəstəyi ilə Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşəcək 23-cü Discovery İnternational Pop Music festivalda təmsil olunacaq. Bu barədə “Addım yaradıcı gənclər assosiyasiyası"nın sədri Hüseyn Cavadzadə məlumat verib. Ölkəmizi bu peşəkar musiqi yarışmasında gənc müğənni Kəmalə Qaramollayeva təmsil edəcək. Bu, daha öncə Azərstar yarışmasının finalçısı olan Kəmalənin yeni ailə qurduqdan sonra səhnəyə yenidən qayıdışıdır.

Festivalda öz repertuarından və dünya xitlərindən 2 musiqi ilə çıxış edəcək Kəmalə festivalda yüksək nailiyyətlər qazanmağa iddialıdır. "Kəmalə səhnəyə ilk addımlarını Vagif Gərayzadənin rəhbərlik etdiyi "Şərq ulduzları" layhəsindən atıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetini solo oxuma ixtisasını fərqlənmə diplomu ilə bitirib. Hazırda isə musiqi sənəti üzrə aspirantdır. İngiliscəsi, xarici görünüşü və vokal imkanları ilə məncə o bu yarışmada ölkəməzi təmsil etməyə layiqli iştirakçıdır" deyə Hüseyn Cavadzadə gənc müğənni haqqında fikirlərini bildirib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm