Nadir Qafarzadədən xəbərdarlıq
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadədən xəbərdarlıq

Müğənni Nadir Qafarzadə növbəti dəfə xalq artisti Zeynəb Xanlarovanın repertuarına müraciət edib. O, dünya şöhrətli sənətkarın ifasında olan “Xalidə” adlı mahnını lentə aldırıb.

N.Qafarzadə yaradıcılığında baş verən yenilik barəsində isə bunları söyləyib: “Bu gün yeni mahnımı təqdim edirəm. Bu bəstəni Azərbaycanın dahi sənətkarı, dünya şöhrətli müğənnisi Zeynəb Xanlarova ifa etmişdi. Elə o vaxtlardan bu mahnı mənim ürəyimdə öz yerini tapmışdı. Əksər hallarda bu mahnını zümzümə edirdim. Daha sonra qərara aldım ki, bu bəstəni repertuarıma daxil edim. Bundan əlavə, bir neçə mahnı da ifa etmişəm. Lakin hələ onu açıqlamaq istəmirəm. Amma bircə onu deyim ki, səs-küyə səbəb olacaq. Öncədən xəbərdarlıq edirəm. Partlayışa hazır olun”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm