Azərbaycanda möhtəşəm layihə...
Bizi izləyin

Tabloid.az

Azərbaycanda möhtəşəm layihə...

Azərbaycanda "Zamanla üz-üzə" layihəsi gerçəkləşəcək.

Publika.az-ın məlumatına görə, "Zamanla üz-üzə" layihəsi ilk dəfə 7 il öncə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007/08-ci ilin konsert mövsümündə keçirilib. O dövrdə bir çox XX əsr klassiklərinin əsərləri məhz bu layihə zamanı ifa edilmişdi. Kifayət qədər uğurlu keçən bu layihə sonra 2010/11-ci il konsert mövsümündə davam etdirildi. Keçən ilin dekabrından başlayaraq bu il ərzində keçirilməsi nəzərdə tutulan "Zamanla üz-üzə III" müasir musiqi layihəsi məhz bu ənənələrin davamı kimi nəzərdə tutulub.

Bu dəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva edir. Buraya müasir əsərlərlə yanaşı həmçinin XX əsr klassikasının inciləri: "Erwartung" (A.Schönberg) monodramı və "Əsgərin tarixçəsi" (İqor Stravinski) əsərləri daxil edilib. Bunlarla yanaşı müasir dövr rus bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən olan Vladimir Tarnopolski tərəfindən 2006-cı ildə qələmə alınmış və elə bu ildə Bonnda səhnəyə qoyulmuş "Jenseits der Schatten" ("Kölgənin o biri üzü") kamera operası isə alman rejissoru Robert Wechsler tərəfindən hazırlanacaq. Bu ilin mayında XX əsr klassikasından İqor Stravinskinin "Əsgərin tarixçəsi" əsəri səhnələşdiriləcək.Layihənin bədii rəhbəri Fərəc Qarayev, baş dirijoru Rauf Abdullayevdir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm