Müğənni qızı ilə birlikdə Xiyabanda
Bizi izləyin

Tabloid.az

Müğənni qızı ilə birlikdə Xiyabanda

Aşıq Samirə qızı birlikdə Şəhidlər Xiyabanını ziyarət edib

Aşıq Samirə qızı birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Publika.Az bildirir ki, aşıq ifaçısı Samirə o anları belə xatırlayır:

 

" Hərbi şəhərciyində yaşayırdıq. Birdən həyəcan siqnalı verildi. İndiki kimi yadımdadı. Necə bizim ailəni bir anlıq vahimə aldı. Biz tərəfdə atışma yox idi. Amma çox həyəcanlı idik. Çox dözülməz bir hadisə idi.

 

O vaxtı 10 yaşım var idi. Ancaq hələ də psixoloji təsir edib, yadımdan çıxmır. Şəhidlərin dəfnindən sonra Xiyabana gəldik. Buralar təmiz qar idi. Biz bu qarları təmizlədik. Bu gün qızımla birgə gəldim.

 

Çox deyirdi ki, Şəhidlər Xiyabanını görmək istəyirəm. Sadəcə psixoloji problemin yaranmasından qorxurdum. Bəlkə də olmazdı. Ən çox da maraq olmasına səbəb, şəhid Larisanın oxuduğu eyni məktəbdə oxumasıdır. Allah rəhmət eləsin, şəhid ailələrinə baş sağlığı diləyirəm".

 

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm