Məleykə Əsədova ad günündə kimdən məktub aldı?
Bizi izləyin

Tabloid.az

Məleykə Əsədova ad günündə kimdən məktub aldı?

Xalq artisti, Akademik Milli Dram Teatrının cazibədar aktrisası Məleykə Əsədova doğum gününü qeyd edib. Mübarək olsun!Təəssüratlarını Publika.az-la paylaşan aktrisa ad gününü evində keçirib:

“Bu dəfə istədim ad günümü doğmalarımın əhatəsində - evimdə keçirim. Çünki belə olanda daha sərbəst və rahat oluram. Çoxlu hədiyyələr aldım. Çiçəkləri çox sevirəm, bunu sevənlərim bilir. Artıq iki gündür ki, sevənlərim məni çiçək yağışına tutublar. Hələ də bu, davam edir. Ən gözəl hədiyyəni isə qızımdan aldım. Qızım mənə öz əli ilə çəkdiyi rəsmləri, yazdığı şeirləri bağışladı. Ən böyük hədiyyəm isə onun məktəbdən mənə gətirdiyi yüksək qiymət idi. Axşam qızımın mənə yazdığı məktubları oxuduqca təsirləndim”.

Xalq artisti arzularından da danışdı: “Ən böyük arzum canımın sağ olması, doğmalarımın yanımda olmasıdır. Bir də, yeni-yeni obrazlar oynamaq arzusundayam. Baxmayaraq ki, indiyə qədər ən gözəl obrazları səhnədə yaratmaq mənə nəsib olub”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm