Gülyanağın əri boşanma xəbərindən danışdı - Özəl
Bizi izləyin

Tabloid.az

Gülyanağın əri boşanma xəbərindən danışdı - Özəl

Əməkdar artsit Gülyanaq Publika.az-a açıqlama verərək ailəsinin dağılmadığını deyib: “Verilişlər şou yaratmaq xatirinə bilmirlər nə danışsınlar.

Mənə dedilər ki, həyat yoldaşından ayrıldığınız deyilir. Dedim ki, boş söhbətdir. Götürüb anonsa elə veriblər ki, səs-küy yaratsınlar, reklam qazansınlar. Üç il əvvəl də belə şayiə yaymışdılar. Onda da bütün qohum-əqrəbam bu xəbərdən çox sarsılmışdı. Mən həyat yoldaşımı çox sevirəm, çox mehribanıq. Mənim atam-anam illərdir ki, bir yerdədir, ayrılmayıblar. Bu xəbər yoldaşım Ziyanı bərk əsəbiləşdirdi. Ziya dedi ki, telekanala gedib etirazımı bildirəcəyəm, qoymadım”.

Ziya da Publika.az-a danışaraq Gülyanaqla boşanmadığını dedi: “Bunu bircə sizə deyirəm, bilin. Nə vaxt xəbər yaysalar ki, güya mən Gülyanağı vurmuşam, döymüşəm, xətrinə dəymişəm, bilin ki, yalandır. Boşanmaq söhbəti ömür boyu ola bilməz”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm