Ehtiraslı müğənni: "Çox seksualam" - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ehtiraslı müğənni: "Çox seksualam" - FOTOLAR

Ehtiraslı müğənnidən nəfəskəsən FOTOLAR

Son vaxtlar cazibədarlığı ilə şou-biznes aləminə səs salan gənc müğənni Könül Şıxəliyeva Publika.az-ın kameralarına poz verib. Cazibədar görünüşü ilə yandırıb-yaxan müğənni ehtiras dolu görüntüsü ilə diqqət çəkib.

- Fotomüxbirimiz bayaq şəkillərini çəkəndə zarafatyana dedin ki, sinəm balacadır, silikonlara ehtiyac var.

- Mənə elə gəlir ki, qadın gözəlliyinin əsasını həm də gözəl sinə təşkil edir. Görüntümdən narazılığım yoxdur. Amma sinəm bir az balacadır, hesab edirəm ki, silikonlara ehtiyac var. Amma hələ yox, bir ildən sonra.

- Şou-biznesdə cazibədarlıq da çox vaxt başa bəla olur. Heç həmkarlarının qısqanclığı ilə qarşılaşırsan?

- Hər addımda. Hansısa bir tədbirdə, ya toy məclisində olanda hansısa xanım həmkarımın acıqlı, qısqanc baxışlarını üzərimdə hiss edirəm. Əllərində əlac olsa, məni öldürərlər. Amma onu da deyim ki, mən özümü super gözəl saymıram, sadəcə, seksual xanımam. Bu da qadınlıq deməkdir. Hər qadın seksual görünə bilmir. Bir də görürsən hansısa qadın gözəlliyi ilə göz qamaşdırır, amma bir damcı da olsa onda ehtiras hiss olunmur. Mənim ehtiraslı görüntüm xanım müğənnilərin yuxusunu ərşə çəkir. Qorxurlar ki, sevgililərini əllərindən ala bilərəm.

- Bu yaxınlarda ad günün oldu. Eşitdik hamı başına dollar səpib. Deyəsən pul sevənsən?

- Pulu kim sevmir ki? Pul rahat həyat, komfort deməkdir.

- Ən çox nəyə pul xərcləməyi sevirsən?

- Geyimlərimə. Geyim xəstəsiyəm. Özü də bir paltarı ikinci dəfə geyinə bilmirəm. Hansısa paltar məndə xatirələr oyadır. Bəzən bu xatirələr məni sıxır. Ad günümdə bir paltar geyinmişdim. Amma tədbirə bir saat qalmış fikrimi dəyişdim. Dərhal paltar axtarışına çıxdım, tələm-tələsik yeni bir libas alıb geyindim və özümü həmin vaxt çox rahat hiss etdim. Amma onu da deyim ki, pulun çox olmağı ilə deyil. Xanımın gərək incə zövqü olsun. Bir də görürsən tanınmış müğənni bahalı bir brenddən paltar geyinib, amma əynində çox pis görünür, yəni yaraşmır. Qadın bədən ölçülərinə baxıb geyim zövqünü formalaşdırmalıdır. Hər tərəfindən ət tökülən kök bir qadın dar paltarda necə görünər?Bütün bunlar zövqə bağlı şeylərdir.

- Belə deyirlər ki, müğənni xanımın sponsoru həm də onun sevgilisi olur, razısan bu fikirlə?

- Başıma gəlməyib, bilmirəm. Amma kimlərinsə pulu ilə qabağa gedən xanım müğənnilər də az deyil. Bacarana can qurban.

- Qorxmursan ki, bu sözdən sonra şou-biznesin xanım sənətçiləri səni topa-tüfəngə tutar?

- Yox, çünki onlar özləri də gözəl bilirlər ki, kimlərinsə puluyla qabağa gediblər. Özləri bilər. Hər kəs özünə cavabdehdir.

- Bir dəfə demişdin ki, şou-biznesdə yaşını gizlədən müğənnilər çoxdur…

- Bəli, mən üzünə baxan kimi bilirəm kim hansı yaşdadır. Baxırsan ki, nənədir, özünü 15 yaşlı qız kimi aparır. Bu yaşı nə qədər kiçiltmək olar? Pasportlarını dəyişib, özlərini cəmiyyətdə cavan qız kimi təqdim edirlər. Amma hamı onları yaxşı tanıyır. Baxırsan ki, başdan-ayağa silikondurlar. Sir-sifətlərinə o qədər dolğu vurdurublar ki, danışanda ağız-burunları əyilir.

- Sənətdə hansı yeniliklərin var?

- Yeni mahnılar üzərində çalışıram. Elvin Musayev, Sevinc Tofiqqızı və digərləri ilə işbirliyi qurmuşuq. İnşallah, klip çəkdirməyi planlaşdırıram.

- Harda?

- Mən yeniliyi, rəngarəngliyi çox sevirəm. Bu dəfə Gürcüstanda klip çəkdirməyi düşünürəm.

Cəvahir Səlimqızı

Foto:Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm