• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Nuriyyə Əhmədova hələ də yeriyə bilmir

Nuriyyə Əhmədova hələ də yeriyə bilmir

Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova xəstəxanadan evə buraxılıb. Bu barədə AzNews.az-a Nuriyyə Əhmədovanın oğlu Faiq İbadzadə məlumat verib.

O, deyib ki, N. Əhmədovanın xəstəxana şəraitində müalicəsi bitsə də hələ yeriyə bilmir: “Anam dünəndən evə köçürülüb. Müalicə kursu ev şəraitində bir müddət də davam edəcək”. F. İbadzadə bildirib ki, N. Əhmədovanın sənət yoldaşları ona daim diqqət göstərirlər.

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova aprelin 4-də “Xalqlar Dostluğu" metrosu yaxınlığında sürücünün əyləci sərt basması nəticəsində avtobusun içində yıxılıb və bel nahiyəsindən xəsarət alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR