Mətanətdən dəhşətli açıqlama: “Onu öldürməyi planlaşdırmışdım”
Bizi izləyin

Tabloid.az

Mətanətdən dəhşətli açıqlama: “Onu öldürməyi planlaşdırmışdım”

Əməkdar artist Mətanət İsgəndərli ANS-in “Əslində mən” verilişində indiyə qədər heç yerdə demədiyi sirlərindən danışıb.

Publika.az-ın məlumatına görə, müğənni vaxtilə müğənni olmaq istədiyini, amma buna görə bəzi çətinliklərlə qarşılaşdığını deyib: “Çox erkən ailə qurdum, amma içimdəki sənət sevgisini öldürə bilmədim. Kərim doğulmuşdu, qızım Ülkər bətnimdə idi, mən Mədəni-maarif fakultəsinə daxil olmaq istəyirdim. Fikrim də bu idi ki, oranı bitirib İncəsənət İnstitutuna daxil olum. Qabaqcadan da planlaşdırmışdım ki, texnikuma daxil olsam, qızımı bətnimdə tələf edəcəyəm. Qabiliyyət imtahanından keçdim, ədəbiyyat imtahanında isə halım qəfildən pisləşdi. Adi suala cavab yaza bilmədim, hətta müəllimlərin köməyindən də imtina etdim. Bu da Allahın qisməti imiş ki, qızımı dünyaya gətirə bilim. Qəbul olsaydım, qızımı tələf edəcəkdim”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm