Məşhur rəqqasə: "Məni müsəlman adətləri ilə dəfn etməyin"
Bizi izləyin

Tabloid.az

Məşhur rəqqasə: "Məni müsəlman adətləri ilə dəfn etməyin"

Bir zamanlar Türkiyədə ən məşhur rəqqasə olan və daha sonra intihar edərək ən böyük arzusuna-ölümə qovuşan Səhər Şenizin hekayəsi xatırlamağın tam vaxtıdır. Bu günə qədər müəmmalarla dolu olan Səhər Şenizin həyatı yenidən türkiyə gündəminə gəlib. Publika.az mayın 14-də ölümünün 22-ci ili tamam olan Səhər Senizin ürəkdağlayan həyat hekayəsini təqdim edir.

Səhnədə qarşımızda hər zaman çılpaq bir qadın var idi. Üzünün qıpqırmızı olduğunu bəlli etməməyə çalışırdı. Soyunmaqdan, çılpaqlıqdan o qədər utanırdı ki, həyatı boyunca əsla aydınlıqda sevişməyib. Dövrünün ən məşhur rəqqasəsi Səhər Şeniz kədərli ömrünə “Mən fahişəlik üçün yaradılmamışam, həass və duyğusalam” yazılı intihar məktubu ilə son verməyindən 22 il ötür. Tək istədiyi bu dünyadan köçüb getmək idi. Sabahkı gün üçün evində görüş təyin etdiyini unudub yüksək dozada yuxu dərmanı qəbul etdi. Jurnalistlər təkidlə açılmayan qapını qonşuların köməyi ilə qırdığında onu ölümlə həyat arasında incə bir xətt ayırırdı. Xəstəxanaya yerləşdirildikdən 12 saat sonra gözlərini yenidən açdı. Harada olduğunu soruşdu və bircə cümlə ilə ən böyük arzusunu dilə gətirdi: “Ölmək istəyirəm”.

Seher Şeniz'in hikayesi

Maqazin qəzetləri intihar cəhdinin “xeyirsiz” ailəli bir kişi ucbatından olduğunu yazırdı. Rəvayətə görə 5 aydır ki, həmin şəxslə yaxın münasibətdə idi. Ancaq sevdiyi şəxs ailəli idi. Səhər öz sevgisinə qarşılıq tapsa da həmin şəxs həyat yoldaşından da vaz keçmək istəmirdi. İllər sonra bir gün qonşusuna “Avropaya gedirəm” dedi və evini açarını qardaşına verilməsini istədi. Üç gün sonra 14 may 1992-ci ildə evində ölü tapıldı. Onlarla dərman və yüksək miqdarda alkoqol qəbul edərək intihar etmişdi. Cansız bədənin yanında isə yazdığı məktub tapıldı: “Nəhayət bu iyrənc dünyadan getməyi bacara bildim. Ölməyin, ölməyə çalışmağın bu qədər çətin olduğunu desələr lağa qoyardım. Mən 15 yaşında insanları başa düşdüm. Mən fahişə olmaq üçün yaradılmamışam, həssas və duyğusalam. Öldüyümü kimsə bilməsin. Şinyonumu yandırıb külümü üfürün. Müsəlman adətlərinə görə dəfn etməyin. Sadəcə, ağ bir dəsmalla hər yerimi ötün bəsdir”.

Səhər Şenizin həyat hekayəsi 22 il öncə 44 yaşında tamamlandı. Dövrünün ən məşhur rəqqasələrindən biri idi və hər addımı KİV-də xəbərə çevrilirdi.

Striptiz etdiyini, rəqqasəliyini, oynadığı avantür və seks filmlərindəki çılpaqlığını hər kəs görürdü. Ancaq bu çılpaqlıqdan necə utandığını heç kim görmürdü və ya görmək istəmirdi. 1948-ci ildə İzmirin Narlıdərə bölgəsində dünyaya gəldi. Təklik, tənhalıq duyğusunu hələ çox kiçik yaşında atasının onları tərk etdiyində hiss etməyə başladı. O gündən sonra atasından heç bir xəbər tuta bilmədi. Anası, qardaşı və bacısı ilə heç vaxt yaxın ola bilmədi. Özünü hər zaman tək hiss etdi. Orta məktəbi bitirdi. Ailəsi ilə aralarındakı problemdən qaçaraq sevmədiyi insanla 16 yaşında ailə qurdu. O qədər kiçik idi ki, qadınla kişi arasındakı bioloji fərqin belə mahiyyətini dərk etmirdi. İllər sonra verdiyi ilk müsahibəsində ailə qurduğu ilk gecədən utanc duyğusu ilə bəhs etməyə başlayır: “Düz 2 saatdan çox hamamdan çıxa bilmədim. İlk gecəm tam olaraq fəlakət idi. Mən də, o da təcrübəsiz idi. O qədər dəhşətli idi ki, 10 il 25 yaşıma qədər bir daha seks haqqında düşünə bilmədim. Bir kişiyə əlimi belə vura bilmədim. Elə hal yarandı ki, özümdən şübhə etməyə başladım. “Yoxsa mən lesbiyanam, qadınlara qarşı hissim var”, -deyə düşüncəyə qərq olmuşdum. Allaha şükür elə bir hissim yox imiş. 10 il davam edən o dəhşətli anlar indi çox geridə qaldı. Ancaq untancaqlığım hələ də keçməyib. Bu gün də bir kişinin yanında soyuna bilmərəm. Soyunanda üzüm qızarır. Bunu gizləmək üçün də qaranlıqda soyunuram. Həyatıma girən kişilərdən heç biri ilə aydınlıqda sevişməmişəm. Yataq otağım hər zaman qaranlıq olur. Əslində yenə təəccüblənəcəksiniz, amma seks mənim üçün elə də önəmli deyil”.

Səhər dünyanın ən romantik insanlardan biri olduğunu deyir və sevişməkdənsə saatlarla əl-ələ tutub oturmağı sevdiyini dilə gətirir: “Şoularımda topalarla gülü üzərimə atan o kobud insanlar kaş biləydilər ki, mən vaxtında verilmiş bircə güldən zövq alıram”.

Ailə həyatı cəmi bir ay davam etdi. İkinci ailə həyatı isə illər sonra amerikalı Antony Wilkinslə baş tutacaq.

1964-cü ildə Səhər ümidlə “Artist” dərgisinin müsabiqəsinə qatıldı. Ancaq dərginin arxa səhifəsinə verdiyi fotonu ailəsindən gizli göndərmişdi. Elə bu səbəbdən ailəsinə müsabiqədən bəhs edə bilmədi və yarışmanın finalında qatılmadı. Soyadı “Başdaç” olan Səhər rəfiqəsi ilə özünə səhnəyə uyğun “Şeniz” təxəllüsünü tapdı. Bir il sonra isə Türkiyə gözəllik müsabiqəsinə qatıldı. Bu müsabiqədə Səhərin bəxti açıldı və “Plyaj gözəli” seçildi. Müsabiqənin növbəti ilində isə Türkiyənin ikinci ən gözəl qızı seçilmək Səhərə qismət oldu. Ancaq nəticəyə əsəbiləşən Səhər boynundakı lenti münsif heyətinin üzünə çırpdı. Bu addımı ilə Səhər magazin qəzetlərinin bir nömrəli gündəminə çevrildi. Bununla da Səhər Şeniz şou aləminə qatıldı.

Səhər bundan sonra film dünyasına da qədəm qoydu. Bir neçə filmdə müxtəlif rollar ifa etdi. Bir il sonra isə “Zora” adı ilə gecə klubunda striptizçi kimi səhnəyə çıxmağa başladı. Bu gün də Səhərin o klubda işlədənin şəxsiyyəti bəlli deyil.

İlk qazancı bir gecədə 150 TL, bir həftə sonra 175, bir ay sonra isə bir gecəyə görə Səhər 500 TL qazanmağa başladı. O illərdə bu pul orta təbəqəli bir məmurun bir aylıq maaşına bərabər idi. Daha sonra gecə klubunun rəhbəri Celal Şahin Səhərə rəqqasəlik etməyi təklif edir: “Soyunmaqda iş yoxdur. Rəqqasəliyə başla” . Ancaq Səhər səhnədə işıqlar üzünə düşdüyünə görə insanları görmürdü. Bu isə ona soyunduğu zaman tək olduğu hissinə qapılmağına imkan verirdi. Bütün utancaqlığına rəğmən striptizi məhz buna görə edə bilirdi. Həm də Səhər üçün oryantal rəqs daha ayıb, üz qızardan bir iş idi. Buna görə rəqqasə olmaq istəmirdi. Ancaq çox saylı təkidlə rəqqasəliyə razı oldu. İlk altı il rəqqasəlikdən iyrənərək pul qazandı. Rəqs edərkən üzü qıpqırmızı olurdu. Sırf bu işi pula görə etdiyini düşünəndə isə utancı daha da artırdı. Ancaq zamanla alışdı. “Oryantal rəqsin sekslə heç bir əlaqəsi yoxdur. Ərəb rəqqasələrin yerdə tam olaraq sevişmə səhnəsini canlandırdığını eşitdim. Elə buna görə mənim rəqsimdə yer hissəsi yoxdur. Heç vaxt ağlıma belə bir şey də gətirmədim”-, deyə Səhər özünə haqq qazandırma çalışırdı.

Ancaq getdikcə işlər dəyişirdi. Artıq səhnədə oriyantal rəqslərə maraq azalmışdı. Əsas diqqət isə seks filmləri idi. Səhər Şeniz bütün bunlardan uzaqlaşmaq üçün sevgilisi ilə Parisə qaçdı. 1989-cu ilə qədər orada yaşadılar. Parisdə ən məşhur gecə klublarında striptiz oynamağa davam etdi. Elə həmin vaxtda Playboyda fotoları yayımlandı. Səhər Şeniz Playboyda fotosu yayımlanan ilk türk idi. Şəxsi həyatı ilə elə də çox gündəmə gəlməyən Şeniz sakit yaşamağa cəhd edirdi. Gecə həyatı yox idi. Səhnədən sonra nə geymə, nə də makiyaja marağı var idi. Hətta onu küçədə görənlərə sənətçi olduğunu desələr belə inanmaq mümkün deyildi. Kişilər onu cazibədar, ehtiraslı halı ilə bəyənirdi. Ancaq Səhər ailə qurub evində oturan qadın tipinə doğru qaçmaq istəyirdi. Pulda, malda gözü yox idi. Çox romantik idi. Öz sözü ilə sanki 17 yaşlı qız idi. Allaha da inanırdı. Bir də yenidən dünyaya gələcəyinə dair inancı var idi. “İkinci dəfə dünyaya kişi cinsində gələcəyimi bilirəm”, -deyə ölmədən öncə Səhərin bölüşdüyü düşüncə idi.

O, sadəcə, rəngli işıqların altında, izdihamların içində itib yalnızlığını unutmaq istəmişdi. O, filmlərdə seks simvolu kimi qəbul edilmədi. O, işıqlar söndürüldükdən sonra ömrünü bir kölgə kimi keçirmək, özünü gizlətmək məcburiyyətində hiss etdi. Səhər Şenizin vəsiyyəti isə yerinə yetirilmədi…

Çevirdi: Dəniz ƏLİYEVA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm