Zərifə Əliyevanın xatirəsinə klip çəkildi - Foto, Video
Bizi izləyin

Tabloid.az

Zərifə Əliyevanın xatirəsinə klip çəkildi - Foto, Video

Azərbaycanın xanım bəstəkarı Sevinc Tofiqqızı görkəmli oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həst etdiyi “Gözlərə nur verən mələk” kompozisiyasına klip çəkdirib. Publika.az-ın məlumatına görə, bəstəkar kliplə bağlı fikirlərini belə şərh edib:

“Mən “Gözlərə nur verən mələk” kompozisiyamı dəyərli akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə, onun 90-illik yubleyi münasibəti ilə həsr etmişdim. Və millət vəkilli Məlahət İbarahimqızının Zərifə xanım Əliyevanın 90-illik yubleyi münasibəti ilə keçirdiyi tədbirdə kompozisyanı təqdim etmişdim. Daha sonra düşündüm ki, bu kompazisiya klipdə çəkdirim. Elə oldu ki, “Gözlərə nur verən mələk” kompozisiyama çəkdirdiyim klip görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü günündə hazır oldu. Bu mənim bir arzum idi ki, gözəl xanım, hörmətli şəxsiyyət, gözəl həyat yoldaşı, qayğıkeş ana, daima hamıya kömək edən xeyirxah insan, alim Zərifə xanım Əliyevanın əziz xatirəsinə kompozisiya bəstələyim və klip çəkdirim”.

Qeyd edək ki, rejissor Elmir Süleymanov, montaj Elnar Həşimov, oranjemançısı Osman Həmidovdur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm