Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib
Bizi izləyin

Tabloid.az

Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib

2 N-li Bakı Baza Tibb Kollecində əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 illik yubileyi münasibəti ilə görüş keçirilib. Görüşdə kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edib, ədib yaradıcılığına diqqətdən danışıb və təbrik nitqini səbəbkara çatdırıb. Daha sonra kollecin tələbə heyəti B.Vəziroğlunun şeirlərini səsləndirib. Onun məhşur mahnılarını ifa ediblər. Tədbirdə Aysel Məsimli, Hikmət Məmmədov, Könül Nurullayeva, Aynur Aslanlı, Tutu Qasımova, Təhminə Həsənova, Gülər Seyidova, Fidan Hacıyeva maraqlı çıxışları ilə tədbiri maraqlı ediblər. Həmçinin şairin sənət dostları da yaradıcılıq gecəsində iştirak ediblər.

Sonda gecənin səbəbkarına simvolik hədiyyələr təqdim edilib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm