Yıldız Tilbe: Cins şalvar, qısa ətək üçün evləndim və...
Bizi izləyin

Tabloid.az

Yıldız Tilbe: Cins şalvar, qısa ətək üçün evləndim və...

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe həyatı haqqında maraqlı açıqlamalar verib. Uzun müddətdir ki, mətbuatdan uzaq dayanan Tilbe İzzet Çapaya müsahibə verərək bunun səbəbləri haqda da danışıb. Publika.Az həmin müsahibəni təqdim edir:

-Gəl uşaqlıqdan başlayaq söhbətimizə... Necə doğdu bu Yıldız?

- Neçə yaşımdan başlayım?

- Nə bilim, Yıldız? Yaş yarımlıqdan başla.

- Ay əzizim, O yaşımda mənə nəzər dəyib, yanmışam.

- Mən zarafata yaş yarımlıq demişdim, amma maraqlı gəldi, danış.

- Uşaqkən o qədər gözəl olmuşam ki, bütün qonşular mənə baxmağa gəlirmiş. Elə bu səbəbdən də tez-tez nəzər dəyirmiş.

-Gərək "Maşallah" deyəydilər.

-Elə o gün üzərimə qaynar su tökülüb. Kömür kimi olmuşam. 6 ay xəstəxanada qaldıqdan sonra həkimlər "Aparın bunu. Bundan sonra bu uşaqdan nə sizə, nə vətənə, nə də millətə xeyir gələr" deyərək valideynlərimə veriblər.

-Bəs necə sağaldın?

-Həkimlər ümidlərini kəssə də anam məni sağaldıb. Yəni hələ uşaqkən acıyla, kədərlə tanış olmuşam.

- O yaşda başına gələn hadisəni xatırlamağın elə möcüzədir.

-Məni maşına mindirib xəstəxanaya apardıqlarında anamın paltarının cırdığım da yadımdadır.

- Əslən Türkiyənin hansı bölgəsindənsən?

- Anam Tunceli, atam isə Ağrıdandır. İkisi də kürddür. Fəqət adam insan, humanist ola bilirsə, daşa, torpağa, böcəyə, yaradılan hər şeyə sayğı duya bilirsə, mükəmməl insandır. Yoxsa haralı olursa olsun, lap belə eyni qarından çıxsın, bu dediklərimi etmirsə, nə önəmi var?

-Ailə arasında hansı dildə danışırsınız?

- Türkcəni yaxşı öyrənmək üçün evdə heç vaxt kürdcə danışmırdıq. Yaxşı ki, elə etmişik. İndi türkcə çox gözəl danışa bilirəm. Həə, bir də anam əsəbiləşəndə kürdcə çox gözəl söyüşlər söyürdü. O söyüşlərin hamısını bilirəm. Ona görə də heç kim mənə kürdcə söyüş söyə bilməz (gülür).

-Məncə, sənə heç bir dildə söyüş söyə bilməzlər. Bəs məktəb illərin necə keçdi?

- O illərim elə də uzun olmadı. 5-ci sinifdən orta məktəbə getmədim.

-Maddi imkansızlıqdan oxumadın?

- Yox, qətiyyən. Anamla atam məni oxutmaq üçün əllərindən gələni etdi.

- Bəs niyə oxumadın?

-Çünki oxumağı sevmirdim.

- Deməli, uşaqlıqdan üsyankar Yıldızsan...

- Həyatım boyunca heç vaxt üsyankar olmamışam. Hər zaman bir kənarda oturdum. İnanın, hələ də eləyəm.

- Azca da olsa "dəlilik" var...

-Allaha şükür ki, əsla dəli deyiləm. Dəli olsaydım kim mənlə yola gedə bilərdi ki? Baxın, heç kimə zərərim dəymədən bir küncdə otururam. Ancaq rəhmətlik atamdan soruşsaydınız, əksini deyəcəkdi.

- Niyə ki?

- Səhv etmirəmsə, 26 yaşım var. Atamın yanına gedib "Mən gözələm?",-deyə sual verdim.

- Haradan gəldi ağlına belə bir sual vermək?

- Özümə inamsızlıqdan qaynaqlanır. Atam da mənə baxıb "Qızım, çox gözəlsən, özü də çox yaxşı qızsan, amma bir-iki taxtan əskikdir" dedi. "Ata, hansı taxtalar?" deyəndə isə gülməyə başladı.

- Ruhani bir tərəfində var sənin...

- Hər kəsin var...

-Sanki səndə daha qüvvətlidir...

-Xeyr. Elə bir tərəfim olsaydı, kim bilir nələr edərdim (gülür)...

-Egon var?

-Əlbəttə var..

-Əvvəlki qədər televiziyada görsənmirsən. Səbəbi nədir?

-Əslində istəyirəm, amma bəzi şərtləri var. 10 nəfərin qonaq olduğu verilişdə dekorativ əşya kimi otura bilmərəm mən. Onlarla mahnılarım və onların hekayəsi var. Bunlar haqqında niyə məndən məlumat almırlar? Oturub sözün mənə nə vaxt gələcəyini gözləyə bilmərəm. Elə verilişlərə çıxdıqdan sonra özümə əsəbiləşirəm. Sanki 10 dəqiqəlik bir proqram üçün səhnəyə çıxıram.

-Qəzetlərə də müsahibə vermirsən...

-Çünki verdiyim müsahibəni olduğu kimi yazmırlar. Dediyim sözləri təhrif edirlər.

-Yıldız, pulun var? Maddi vəziyyətin necədir?

-(gülür) Heç bir şeyə ehtiyacım yoxdur, Allaha şükür. Pulum da, param da var.

-Sən o qədər duyğusalsan ki, gəlib səninlə kədərli hekayə danışsalar, sanki pulsuz mahnı bəstələyəcək görünüşün var.

-Pulu olana pulla satıram mahnılarım. Ancaq pulu olmayandan bir qəpik də pul almıram.

-Mahnı ifa etməyə nə vaxt başalmısan?

- Bizim məhəllənin küçələrində işıq olmurdu. 7-8 yaşımda gecə küçənin sonundakı qonşunun pəncərəsindən gizlicə televiziyaya baxardım. Qayıdanda da qorxduğum üçün küçədə qışqıra-qışqıra mahnı oxuyurdum. Evdə də hər zaman oxuyurdum. Hamamda çimməyə başlayanda heç susmazdım

-Bəs səhnəyə ilk dəfə nə vaxt çıxdın?

- Səhnə sayılmasa da bizim məhəllədəki bütün xına və toylarda oxuyurdum. Atam da saçlarımdan tutub "Fahişə olacaqsan?" deyə-deyə evə gətirirdi. Sonra məni döyürdü, ağlayırdım, amma səhərsi gün yenə oxuyurdum.

-Deməli evdə ciddi rejim var imiş.

- Anam da, atam da çox mühafizəkar insanlar idi. Bütün rəfiqələrim gəzməyə gedərdi, amma məni evdən buraxmazdılar. Qısa ətək deyil, heç cins şalvar da geyinməyə icazə vermirdilər. Nə vaxt bir yerə getmək istəsəm, "Evləndiyində ərin səni aparar, qızım" deyirdilər.

-Sən də gizlin gedirdin?

- Yox. Dedim əgər evlənəndə ərim aparacaqsa, onda mən də ailə qurum, bitsin bu iş. Həyat yoldaşımla tanış olduqdan 15 gün sonra toy etdik. Bir ay sonra əsgərə getdi. İki ildən sonra qayıtdıqda isə artiq bir övladımız var idi. Daha sonra 3 il də ailəli olduq və ayrıldıq. Cins şalvar, qısa ətək üçün evləndim və 5 ildən sonra boşandım.

-İndi gülərək danışırsan, amma həm "balaca gəlin", həm də "balaca ana" olmusan.

- Nə baş verdiyini anlaya bilmirəm. Gəzib-əylənmək üçün ailə qurdum. Qızımla aramızda 17 yaş fərqimiz var. Qızım ağlayanda susdura bilmirdim. Bütün qonşuları oyatmışdım ki, qızımı susdursunlar. Düşünün, heç ana südü verməyi belə başa düşmürdüm. Uşağın göbəkdən çıxmadığını hamilə qaldıqdan 4 ay sonra öyrəndim.

-Həyat yoldaşının maddı vəziyyəti necə idi?

-Nə onda, nə də məndə pul var idi. Evliliyimizin 3-cü ilində yoxsulluğun verdiyi cəsarətlə bir gün rəfiqəmlə "Pırlanta Pavyon"a (gecə klubu) getdim və mahnı oxudum. Səsimə qulaq asdılar və işləməyimə razı oldular. Ancaq həyat yoldaşımın yazılı icazəsi ilə. İlk öncə razı olmasa da daha sonra o da qəbul etdi. Axşam saat 9-dan səhər saat 7-yə qədər mahnı oxuyurdum. Ailəmdən gizli getdiyimə görə də adımı Gülən Yıldız kimi yazdırdıq. Bir gün həmin kluba Sezen Aksu gəldi. Mən dəhşətli dərəcədə onun pərəstişkarı idim. Hətta qızımın adını da Sezen qoymuşdum. Sezen Aksuya yaxınlaşıb onu çox sevdiyimi dedim.

-Sezen Aksunun reaksiyası necə oldu?

-Ağladı və nə işlə məşğul olduğumu soruşdu. Mahnı oxuduğumu deyəndə "bizim üçün də oxu" dedi. İkinci mahnının sonunda ağlaya-ağlaya ayağa qalxıb "İstanbula gəl" deyə bağırdı. Elə o gündən İstanbula getdim və 9 ay Sezen Aksunun vokalisti oldum. Elə həmin müddətdə də Sezen Aksunun evində qaldım.

-Sezen Aksunun evindən ayrıldıqdan sonra heç dəstək gördün?

-Artıq özüm işləyib pul qazanırdım və dəstəyə də ehtiyac yox idi. Allah şahiddir, evim olmayanda həmişə Sezen Aksunun evində qalmışam.

-Sən İstanbula gələndə yəqin ki, ailən də mahnı oxuduğunu öyrənmişdi...

-Vallahi atam mənim İstanbulda tava satıb pul qazandığımı bilirdi. Bir gün Sezen Aksunun arxasında vokalist kimi fotom qəzetdə çıxıb. Atam da qəzetdə görüb. Bacımdan "Bu kimdir?" soruşub.

-Bacın bilirdi vokalist olduğunu?

-Əlbəttə. Bacım da hətta atama "Kim, kim?" deyə yalandan cavab verib. Nə isə atam da beləcə gerçəyi öyrəndi. Bir müddət keçdikdən sonra atamla dost olduq. Mən 1994-cü ildə məşhur oldum, atam isə 1998-ci ildə vəfat etdi. Rəhmətlik çox sərt idi, amma yaxşı insan idi. Anam da möhtəşəm insan idi. Onlar kimi ətrafımda insan tapa bilmirəm. İkisinin də bircə dəfə də olsa din, dil, irq ayrı seçkilik etdiyini görməmişəm. Bütün təzadları, pislikləri 16 yaşımda evdən ayrıldıqdan sonra öyrəndim. Onlardan yana çox darıxıram. Sırf anamla atama qovuşacağam deyə öləcəyimə sevinirəm.

-Türkiyənin könlünü “Delikanlım” mahnısı ilə fəth etdin...

-Bilirsən o mahnını niyə yazdım?

-Mən haradan bilim, Yıldız? Yəqin nə isə eşq, məhəbbətlə bağlıdır.

Yox, qətiyyən. İlk musiqi albomumu çıxaranda hər kəsin ayağına getdim, amma heç kim mənə mahnı vermədi. Mən də oturdum, özüm-özümə mahnı yazdım. Hər kəs tərəfindən də bəyənildi. Gördüm ki, bəyənilir, o gündən başladım yazmağa.

- Bəzi insanlar Yıldız içməsə elə gözəl mahnılar yaza bilməz deyirlər...

- Eləmi? Onda zəhmət çəksinlər, içib bir-iki elə mahnı yazsınlar.

- Səni geyiminə görə də çox qınayırlar.

- Geyimlərimi öz zövqümə görə seçirəm. İllər öncə fərqli rəngli corab geyinmişdim deyə mənə deyilməyən söz qalmadı. İndi hundurdaban ayaqqabı ilə zərli paltar geyinib küçədə gəzmək istəyirəm.

- Bu yaşda nənə oldun. Nəvənlə aran necədir?

- Çox sevirəm nəvəmi.

- Sənə nənə deyəndə hirslənəcəksən? Yaş hələ çox azdır...

- Yox, niyə hirslənim?

- Hələ də sənin həyatının darıxdırıcı olduğuna inanmağa çətinlik çəkirəm.

- Həyatım ev və yuxudan ibarətdir. Bir də iş olanda makiyaj edirəm. İşim olan ünvana gedirəm, sonra da evə qayıdıram. İşim olmayanda evdə oluram. Bəzən film izləyirəm, amma onda da fikrim dağılır, heç filmin necə bitdiyini bilmirəm.

- Elə danışırsan ki, saçların belə həyatından daha rəngli görsənir.

- Maraqlı heç bir şey yoxdur. Rəng yox, sevgili yox...

- Biz səni "eşq qadını" kimi bilirik...

- İşləməyən adama necə "iş qadını" demək olar? Eşq yoxdur... Olanda mən açıq şəkildə hər kəsə deyirəm.

Dəniz ƏLİYEVA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm