Humay Qədimova: “Ailə qurmaq təklif edənlər olur”
Bizi izləyin

Tabloid.az

Humay Qədimova: “Ailə qurmaq təklif edənlər olur”

Şou-biznesdə olan xanımların çoxunu ictimaiyyət tanıyır və xəbərlərini izləyir. Məşhurluqları ilə seçilən bu xanımların həyatında da çatışmayan şeylər çoxdu . Əksəriyyət ailə həyatı qurur, amma bu izdivacı sona qədər yürütmək azına nəsib olur.

Subaylığın sultanlığını yaşayan tarzən-müğənni Humay Qədimova deyir ki, ailə həyatı qurmaq asan olduğu qədər onu qoruyub-saxlamaq da bir o qədər çətindir.

“Sənətçinin də ailəsi olmalıdır. Övlad qayğısı çəkməlidir. Lakin bizim sənət fəaliyyətimiz bəzən həyat yoldaşının tələbləri ilə üst-üstə düşməyə bilir. Amma peşəsindən asılı olmayaraq, xanım ailəni əlinin içində saxlamağı bacarmalıdır. Bu halda müəyyən çərçivələr qorunmalıdır. Belə olan halda xanım arzuladığı həyatı yaşaya biləcək”.

Ad çəkməsə də bəzi xanım ifaçılardan misal çəkən Humay xanım bunları dedi:

“Onlar şəxsi həyatlarına bir sədd çəkib, toxunulmaz ediblər. Kimsə ora daş ata, xələl gətirə bilməz. İnsanın bir strategiyası olmalıdır ki, ona bu nöqteyi-nəzərdən yanaşsınlar. Öz həyatıma gəlincə, ətrafımdakı insanlardan diqqət, hörmət görürəm. Ciddi fikirlə yanaşanlar, ailə həyatı qurmaq istəyənlər olur. Onları daha yaxından tanımaq üçün zamana ehtiyac duyuram. Bəzən tərəddüdlərim də çox olur. Bu da sənətdə olmağımdan irəli gəlir”.

Sonda tarzən xanım sənətçilərin sənətindən çox şouya çevrilən mövzularla gündəmə gəlməsində narahatlığını bildirdi.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm