Teleaparıcı : “Mən, Səidə Sultanın nənəsini boğub, öldürərdim”
Bizi izləyin

Tabloid.az

Teleaparıcı : “Mən, Səidə Sultanın nənəsini boğub, öldürərdim”

Teleaparıcı : “Mən, Səidə Sultanın nənəsini boğub, öldürərdim”

Lider TV-dən yayımlanan “Ay ev yiyəsi” verlişinin aparıcısı Lalə Əlimuxtarova Publika.Az saytına TV verlişlərində gündəmə qoyulan mövzulardan danışıb.

Fala, cinə inanan Lalə ailə-məişət mövzularını reytinq xətrinə gündəmə gətirən TV nümayəndələrini qınadı:

“Digər kanallara çıxıb, bu mövzuda danışmıram. Çünki qalmaqallardan çox uzaq bir teleaparıcıyam. Efirlərə baxıb əsəbləşirəm. Cin çıxartmaq normal bir mövzudur. Mən, cinə, fala, caduya da inanıram. Çünki gözümün şahidi olmuşam. Amma kimsə rəhmətə gedir, çıxıb nəsli onu müzakirə edir.

Yazıq adamın qəbri çürüyür, yanır. Bunun hələ qəbri soyumayıb. Amma elə etməklə, gözdən düşürlər. Arvadı atıb, ər çıxır ağzına gələni danışır. Ən azı bu sənin arvadın, namusun olub. Xanımla, ayrıldınsa, arxasınca danışmaq tərbiyəsizlikdir. Yəni, mən aparıcı yox, tamaşaçı kimi danışıram.

Hamı ailəsini ortalıqda qoyub. Mənim Səidə Sultana çox böyük hörmətim var. Çox gözəl sənəti var. Mən o qıza baxıb, çox heyfsləndim. Sən nənəsən, ağbirçək yerində otur. Nəvəni elə biabır etmək olar? Axı bunun gələcəyi var? Hələ o qız yaxşı etdi. Hələ mən o nənəni boğub, öldürərdim.

Səidəni çox qınadılar ki, nənəyə belə etməzlər. Böyüklərdən tərbiyə götürürük. Fərq etməz, bir neçə kanalda bu mövzuda verlişlər gedir. Mən bir teleaparıcı kimi belə veriliş aparmazdım. Kimisə alçaldıb, reytinq qazanmaq istəmirəm”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm