
Məşhur Hollivud aktrisası Şeron Stounun şəkli kişi jurnalının üz qabığında çıxıb. Göründüyü kimi, 56 yaşlı aktrisa çox yaxşı formadadır.
Qeyd edək ki, o, aprel ayının əvvəlində Braziliyanın San-Paulo şəhərində xəstəxanaya yerləşdirilmişdi. Aktrisada kəskin infeksiya xəstəliyinin tapılması bildirilirdi.
Lakin sonradan kütləvi informasiya vasitələri aktrisanın insult keçirtdiyi haqda xəbər verdi. Braziliyadan qayıdan Şeron Stoun bir neçə xeyriyyə tədbirlərində iştirak edərək səhhətinin yaxşı vəziyyətdə olduğunu sübut edib.
Nura