Tanınmış müğənnidən yenilik
Bizi izləyin

Tabloid.az

Tanınmış müğənnidən yenilik

Tanınmış müğənnidən yenilik

“Eurovision-2013” milli seçim turunun iştirakçısı, gənc müğənni Boris Bayramovun yeni yaradıcılıq işi hazırdır.

Bu barədə müğənninin PR meneceri Elvin Əli məlumat verib. E.Əli bildirib ki, Boris Bayramovun ifasında səslənən sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsus olan “Bir daha” adlı mahnıya çəkilən klip geniş tamaşaçı kütləsinə təqdim olunub.

“Radio dalğalarında ən çox istək alan Boris Bayramovun ifasında “Bir daha” mahnısına klip çəkilib və “Youtube” kanalında yerləşdirməklə tamaşaçıların ixtiyarına verilib. Aranjeman müəllifi Elnur Rdy aid olan mahnı qısa zaman ərzində diqqət çəkib”, - E.Əli qeyd edib.

PR menecer onu da bildirib ki, rejissor Ramil Quliyev, operator Dəli Oruclu və başqalarının birgə səyi nəticəsində ərsəyə gələn “Bir daha” adlı klip B.Bayramovun 3-cü klipidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm