İradə İbrahimova: “Bir çöp belə sata bilmərəm”
Bizi izləyin

Tabloid.az

İradə İbrahimova: “Bir çöp belə sata bilmərəm”

Türkiyədəki azərbaycanlı ilə ailə həyatı quran və neçə illərdir qardaş ölkədə yaşayan müğənni İradə İbrahimova əvvəlki səhnə fəaliyyətinə ayırdığı vaxtın çoxunu artıq ailəsinə xərcləyir. Müğənnimiz sənətinə də vaxt ayırır, albom, klip, yeni mahnılar silsiləsində yenilik edir. Müğənni ilə söhbətimizdə öyrəndik ki, bacısı, vizajist Nigar İbrahimova ilə birlikdə Azərbaycanda açdığı "Kryolan" kosmetika mağazasının Türkiyədə bəzi işlərini məhz özü yoluna qoyur. Amma sənətçinin əvvəlki kimi səhnə qazancı yoxdur.

“Hələ ki, əvvəlki kimi səhnə qazancım yoxdu. Bu da Türkiyədə yaşamağımdan irəli gəlir. Amma tanış dostların toy dəvəti olanda Bakıya, Moskvaya gedirəm. Böyük biznesdən isə heç qazana bilmərəm. Yəni bu sahənin adamı olmaq lazımdı. Mən bir çöpü belə sata bilmərəm. Görünür, Allah o bacarığı mənə verməyib(gülür). Türkiyədə özümə böyük biznes düşünməmişəm” – deyən İradə xanım ailə büdcəsini tənzimləyən həyat yoldaşı haqqında danışdı. Dedi ki, pulu qazanan da, xərcləyən də Ceyhun bəydi:

“Allah mənim ruzimi də ona verib. Gücünü hər zaman artırsın. Çünki evin qayğıları, qazancı hamısı Ceyhun bəyin çiynindədi”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm