Nazənin xəstəliyini gizlədirmiş: “Bu, on il çəkdi”
Bizi izləyin

Tabloid.az

Nazənin xəstəliyini gizlədirmiş: “Bu, on il çəkdi”

Müğənni Nazənin qarderobundan və xobbisindən danışıb.

Publika.az-ın məlumatına görə, müğənni ayaqqabı dəlisi olduğunu deyib:

“Əvvəllər demək olar ki, son qəpiyimə qədər verib ayaqqabı alırdım. Özü də çox baha qiymətə. Bu proses düz on il davam etdi. Elə olurdu ki, bir ayaqqabıdan üç cüt alırdım, çünki ayağıma rahat idi deyə, elə bilirdim sonra tapa bilməyəcəyəm. Ayaqqabılarıma bir ev bəs eləmir. Özü də hamısını saxlayırdım. Sonradan çoxunu qohum-əqrəbaya payladım”.

Nazənin onu da bildirdi ki, bu xobbisinə körpə oğlu dünyaya gələndən sonra son qoyub: “Oğlum doğulandan sonra özümə söz verdim ki, bir də pullarımı ayaqqabıya xərcləməyəcəyəm. Nəsə bu, məndə xəstəlik kimi idi, keçib getdi”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm