Nərgiz Paşayeva sərginin açılışında - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nərgiz Paşayeva sərginin açılışında - FOTOLAR

Bu gün Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam, heykəltəraş, dizayner, şair, fəlsəfəçi və nəzəriyyəçi Çingizin “Gerçək mənalar” adlı fərdi sərgisi açılıb.

Bu gün Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam, heykəltəraş, dizayner, şair, fəlsəfəçi və nəzəriyyəçi Çingizin “Gerçək mənalar” adlı fərdi sərgisi açılıb.

Açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxış edərək Çingizin özünəməxsus yaradıcılıq axtarışlarından, bənzərsiz sənət dünyasından söz açıb.

Bildirilib ki, Çingiz öz yolu, üslubu olan sənətkardır. Onun sənət inciləri nəinki Azərbaycanda, hətta dünyanın bir çox yerlərində maraqla qarşılanır. O, yaradıcılığında müasir konseptual incəsənətdə fəlsəfi və nəzəri araşdırmalarına əsas yer verib.

Vurğulanıb ki, Çingiz əsərləri ilə 1986-cı ildən etibarən müxtəlif beynəlxalq sərgi, simpozium, biennale, konfrans və digər mədəniyyət tədbirlərində iştirak edir. Onun rəsmləri müxtəlif ölkələrdə nümayiş olunmuşdur və şəxsi kolleksiyalarda saxlanılır.

İştirakçılara minnətdarlığını bildirən Çingiz sərginin mahiyyətindən, tamaşaçılara verəcəyi mənəvi zövqdən və öz sənət üslubunun xüsusiyyətlərindən söz açıb.

Sərginin hazırlanmasına böyük vaxt sərf etdiyini söyləyən müəllif vurğulayıb ki, mən burada düşündüklərimi sənətin gücü ilə tamaşaçıya çatdırmağa çalışmışam.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Sərgidə müxtəlif tərzdə və materiallarda icra olunmuş iyirmiyə yaxın yeni əsərlər nümayiş olunub.

Sərgidə nümayiş olunan “Divarların müəllifi bizim beynimizdir” əsəri daha çox diqqəti cəlb edib. Bu əsərdə rəssam kiçik girişi olan daş divar hörür və divarın arxasında təbii ölçüdə yaradılmış özünün avtoportreti olan mum fiqurunu quraşdırır. Müəllifin fikrincə, həqiqi divardan başqa, eyni zamanda, beyinin məhsulu olan və adət-ənənə, stereotip, ön mühakimələrdən yaranan, ideoloji divarlar da var.

Maya 31-dək davam edəcək sərgi maraqla qarşılanıb. /AzərTac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm