Aygünün qızı: "Faiq Ağayev məni qızı kimi çox istəyir"
Bizi izləyin

Tabloid.az

Aygünün qızı: "Faiq Ağayev məni qızı kimi çox istəyir"

Ötən günlərdə yeni mahnısını təqdim edən xalq artisti Aygün Kazımovanın qızı İlqarə sənətindən danışıb.

Ötən günlərdə yeni mahnısını təqdim edən xalq artisti Aygün Kazımovanın qızı İlqarə sənətindən danışıb.

Yerli telekanallardan birində yayımlanan verilişlərdən birinə açıqlama verən gənc ifaçı xarici stildə mahnılar ifa etmək və qalmaqaldan uzaq olmaq istədiyini bildirib:

“Mən istəyirəm ki, bizim mahnılar xarici mahnılara bənzəsin və artıq ağlaşmadan çıxaq. Yeni “Bir az sevgi” mahnım xarici formadadır. Evdəki sənətkar tərəfindən tənqid yağışına tutuluram. Nəinki bir ana kimi, süper ulduz, gözəl müğənni kimi mənə maraqlı idi ki, anam mahnıma nə söyləyəcək. Onun da xoşuna gəldi. Miri Yusif mahnıma qulaq asmışdı, Elnur Məmmədov məni çox istəyir, xalq artisti Faiq Ağayev mənə dəstək olur və məni qızı kimi çox istəyir. İlk dəfə 5 yaşımda Heydər Əliyev sarayında çıxış etmişəm, 15 yaşımda Kreml sarayında oxumuşam. Şou-biznesdən, qalmaqaldan uzaq olmaq istəyirəm, məni özümdən başqa heç kim maraqlandırmır. Kim mənə artıq söz desə, nə mən, nə anam cavab verəcək, atılan söz elə havada qalacaq”, - deyə İlqarə fikirlərini açıqlayıb. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm