Tabloid.az
Azərbaycan "Eurovision"ın finalında - VİDEO, FOTOLAR
Dünən Danimarkanın paytaxdı Kopenhagendə “Eurovision 2014” müsabiqəsinin ilk yarımfinalı baş tutub.
16 iştirakçının çıxış etdiyi səhnəyə təmsilçimiz Dilarə Kazımova
8-ci olaraq çıxıb. “B&W Hallerne” səhnəsində “Start a fire”
mahnısını oxuyan Dilarənin şousu və ifası alqışlarla qarşılanıb.
Səsvermələr də ifaçımızın bəyənildiyini sübut edib. Belə ki, Dilarə
Kazımova finala vəsiqə qazanan 10 təmsilçidən biri olub.
Gecədə Latviya, Estoniya, Albaniya, Belçika, Moldova, Portuqaliya
təmsilçiləri finala keçə bilməyib.
Finala vəsiqə qazananların siyahısını təqdim edirik:
1. İsveç - Sanna Nilsen
2.Macarıstan - Andras Kallay Sonders
3.Rusiya - Tolmaçova bacıları
4. Azərbaycan – Dilarə Kazımova
5. Ermənistan - Aram Sərkisyan
6. Ukrayna - Mariya Yaremçuk
7. San - Marino - Valentina Monetta
8. Monteneqro - Sergey Çetkoviç
9. Niderland - İlze Delanj və Ueylona dueti
10.İslandiya - “Pollapönk” qrupu
Müsabiqənin ikinci yarımfinalı mayın 8-də baş tutacaq. Həmin gün çıxış edəcək ölkələr bunlardır:
Malta - “Fireligt” qrupu
İsrail - Mey Feynqold
Norveç - Karl Espen Turbyornsen
Gürcüstan - “Shin” qrupu və Mariko Ebralidze
Polşa - Donatan və Kleo dueti
Avstriya - Konçita Vurst
Litva - Viliya Mataçyunayte
Finlandiya - “Softengine” qrupu
İrlandiya - Can-Linn və Keysi Smit dueti
Belarus - Yuri Vaşçuk (Teo)
Makedoniya - Tiyana Dapçeviç
İsveçrə - Sebalter
Yunanıstan - “Freaky Fortune” qrupu və Riskykidd
Sloveniya - Tinkara Kovaç
Rumıniya - Paula Selinq və Ovi Martin dueti.
Finala (10 may) birbaşa vəsiqə alan iştirakçılar
isə bunlardır:
Almaniya - “Elaiza” qrupu, Britaniya - Molli, Danimarka - Basim, Fransa - “Twin Twin” qrupu, İspaniya - Rut Lorenso, İtaliya - Emma Marrone.
Finala vəsiqə qazanan iştirakçılar daha sonra mətbuat konfransına
qatılıblar. Gecədə ilk sual Dilarə Kazımovaya verilib. "Finalda
alov yandıracaqsan" sualına təmsilçimiz "Finalda ən gözəl şounu
göstərəcəm" deyə cavab verib.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR