Ulu Öndərin xatirəsinə
Bizi izləyin

Tabloid.az

Ulu Öndərin xatirəsinə

Müğənni Roza zərgərli növbəti layihəsini üzə çıxardı.

Publika.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində müğənni ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu Öndər” klipinin təqdimat mərasimini keçirdi. Ekran işinin ideya müəllifi, rejissoru və musiqisi Roza Zərgərliyə, sözləri Sənan Raquboğluna, montajı isə Elnar Haşımova aiddir. Klip iki aya ərsəyə gəlib.

Müğənninin sözlərinə görə, klipdə Ulu Öndərin müxtəlif illərdə çəkilən 50 fotoşəklindən istifadə edilib. Hələ bu harasıdır, Roza Zərgərli onu da qeyd edib ki, Ulu Öndərə həsr olunmuş 3D formatında klip çəkdirmək də planlaşdırılır. Klip Heydər Əliyevin doğum günü müxtəlif televiziyalarda nümayiş olunacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm