• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu yayın hiti kimdən gələcək?

Bu yayın hiti kimdən gələcək?

Bu il bir neçə hit mahnıya imza atan bəstəkar Pərviz Mahmudov bir müddətdir ki, gününün çox hissəsini studiyada keçirdiyini deyir.

O, Publika.az-a açıqlamasında beş yeni mahnı üzərində çalışdıqlarını bildirib.

Əvvəlcə Sevda Yəhyayevanın ifasında sözləri də P. Mahmudovun özümə məxsus olan “Bağlanıb ürək” mahnısı eşidiləcək. Bəstəkar digər mahnıların adlarını sirr saxlasa da, ifaçılarını açıqladı. Onlar Röya və Günay İbrahimlidir.

P. Mahmudov Röya ilə üç mahnı üzərində çalşdıqlarını da əlavə etdi: “Yalnız kompozisiyaların sözlərinin Nado və Azər Şirinə məxsus olduğunu deyə bilərəm. Mahnıların hamısı ritmikdir, dinləyicilərə əsl yay ab-havası bəxş olunacaq. Bununla yanaşı, son kompozisiyalarımdan olan “Ola bilərdin” mahnısının remix versiyası da hazırlanıb”.

Zəminə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR