Nanə Ağamalıyeva İstanbulu belə fəth edir
Bizi izləyin

Tabloid.az

Nanə Ağamalıyeva İstanbulu belə fəth edir

Azərbaycan teleməkanının özünəməxsus aparıcısı Nanə Ağamalıyeva Türkiyənin nüfuzlu "Dünya kalite belgesi Mujdat Gezen sanat merkezi, Uğur Dündar televizyon okulu"nun tələbəsi oldu. Bu barədə Nanənin özü məlumat verib:

"Onu vurğulayım ki, Mujdat Gezen ve Uğur Dündar kimi peşəkarlardan dərs almağa başlamağım heç də az nailiyyət deyil. İllər öncə Doğan Media Şirkətində çalışdığım dövrlərdə Uğur Dündar Star TV-nin əsas xəbər buraxılışına aparıcılıq edirdi. Onunla demək olar ki, hər gün üz-üzə gəlirdim. Arzum idi ki, nə vaxtsa onun özəl dərslərinin iştirakçısı olum. Və budur, arzum reallaşdı. Əsas istəyim odur ki, məzun olduqdan sonra Avropada televiziya verilişləri və seriallarına görə yetərincə inkişaf etmiş qardaş ölkəmizdə qazandığım təcrübəmi yeni layihələrimizdə tətbiq edim. Aldığım biliklərlə Azərbaycanın hüdudlarından kənarda da tamaşaçı marağına səbəb olmaq əsas istəyimdir! Mujdat Gezen Türkiyə sənət dünyasının ən məşhur aktyoru, Uğur Dündar isə tanınmış telejurnalistdir. Onu da vurğulayım ki, Mujdat bəy Azərbaycana olan xüsusi sevgisini mənimlə görüşündə özəl olaraq hiss etdirdi. Yüzlərlə tələbənin içində şəxsən mənimlə fərdi söhbət etməsini yüksək dəyərləndirdim. O, çox sadə insandır. Onun kimi müəllimdən çox şeylər öyrənəcəyimə əminəm. Məni dəstəkləyən hər kəsə və maraqlı proqramları ilə tamaşaçı sevgisini qazanan doğma məkanım olan ATV kanalıma təşəkkür edirəm. Rəhbərliyimiz məhz bu təhsilə yiyələnməyim üçün əllərindən gələn imkanları əsirgəmirlər".

Nanə açıqlamasını müəllimi Müjdat bəyin türk dilində yazdığı sözlərlə yekunlaşdırdı: "Tiyatro insanı insana İNSANCA anlatan sanattır". Türkiyənin əksər ulduzları - Çingiz Kurtoğlu, Selami Şahin, Kutsi, Sibel Can, Rafet El Roman, Aydan Şener, Asena, Serdar Ortac, Petek Dinçöz və başqalarını proqramlarında qonaq etmiş xanım Ağamalıyevaya bir neçə layihədə əsas sima olmaq təklifləri gəlib. Məlumat üçün bildirək ki, ATV telekanalının yeni mövsümündə yayımlayacağı ən böyük layihələrinin birində tamaşaçılar Nanə Ağamalıyevanı həm də Mujdat Gezen məktəbinin aktrisası kimi görəcəklər.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm