Klip təqdimatında bəstəkarı ağlatdılar - Fotolar
Bizi izləyin

Tabloid.az

Klip təqdimatında bəstəkarı ağlatdılar - Fotolar

Xalq artisti Nisə Qasımova yeni klipini üzə çıxardı.

Publika.az-ın məlumatına görə müğənni xanım növbəti layihəsini Milli Qəhrəman İbad Hüseynova həsr edib. “Xalqımızın İbadısan” adlı musiqinin sözləri Gülşən Behbuda, musiqisi isə İmruzə Hüseynovaya məxsusdur. Qeyd edək ki, qəhrəmanlıq ruhunda lentə alınan klip təqdmatında İbad özü də iştirak edirdi. Əslində təqdimata gəlmək istəmədiyini deyən Hüseynov yaradıcı heyətin təkidi ilə bura gəldiyini söylədi. Özünün qəhrəmanlığını bir borc saydığını deyən klipin qəhrəmanı Vətən yolunda hər zaman vuruşmağı özünə şərəf saydığını bildirdi.

Cəvahir Səlimqızı

Foto: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm