Rəqqasın burnunu sındıran müğənni məhkəməyə verilir
Bizi izləyin

Tabloid.az

Rəqqasın burnunu sındıran müğənni məhkəməyə verilir

Rəqqasə Don Noel sındırılmış burnuna görə məşhur müğənni Britni Spirsi məhkəməyə verib.

İnsident mahnı klipinin çəkilişləri zamanı baş verib. Məşq zamanı Britni təsadüfən əli ilə rəqqasın burnunu sındırıb. Qızın sözlərinə görə sınan burnun xışıltısı o qədər güclü olub ki, hətta ətrafdakılar da eşidib. Müğənni üzr istədikdən sonra məşqinə davam edib.

Xəstəxanaya çatdırılan rəqqasa burun çəpərinin sınması diaqnozu qoyulub.

Donun sözlərinə görə müğənni bütün xərcləri qarşılayacacağını bildirsə də, 1 aydan sonra ziyana görə pul verilməyib. İndi isə Britninin işi Los-Anceles ali məhkəməsinə verilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm