"Eurovision"da şoka salan şəkil - FOTO
Bizi izləyin

Tabloid.az

"Eurovision"da şoka salan şəkil - FOTO

Ötən gün keçirilən "Eurovision" mahnı müsabiqəsində səsvermə keçirilən zaman gecəyə damğasını vuran hadisə baş verib.



Kişi aparıcı Nikolay Koppelin həmcinsi olan digər aparıcı, aktyor Pilou Asbekin ombasına əl vurmağı gözlərdən yayınmayıb. Bu hadisə orada olanları şoka saldığı kimi, sosial şəbəkə istifadəçilərini də şok edib.



Pərdə arxasında baş verənləri kamerasına çəkən jurnalist bir anda şok görüntü ilə üzləşib. Bu anı əlindən qaçırmaq istəməyən müxbir baş verənləri kamerasına çəkib, daha sonra isə kadrları sosial şəbəkədə yerləşdirib. Bu görüntülər gecədən etibarən sosial şəbəkədə ən çox müzakirə olunan şəkil kimi qeydə alınıb.



Qeyd edək ki, “Eurovision 2014” mahnı müsabiqəsinin təşkil olunduğu yer və təşkilatçılıq tənqidlərə məruz qalıb. Yarışmanın təşkil olunduğu köhnə liman binası və ətrafındakı zibillər, köhnə binalar, daş və torpaq qalıqları, nəqliyyatdakı problemlər başda jurnalistlər olmaqla bütün nümayəndələri bezdirib. /anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm