Tabloid.az
Prezidentin qızları "Qız qalası" festivalında - FOTOLAR
Leyla Əliyeva və Arzu Əliyeva "Qız qalası" festivalının başa çatmasına həsr edilmiş mərasimdə iştirak ediblər.
Mayın 9-da İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi “Qız
qalası” Beşinci Beynəlxalq incəsənət festivalının başa çatmasına
həsr edilmiş mərasim keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf
Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak
ediblər.
Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən festival Heydər
Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin
Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir
İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının birgə
təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
tərəfindən keçirilib.
Ənənəvi olaraq ümummilli liderimiz Heydər Əliyevin doğum günü
ərəfəsində keçirilən festivalın əsas məqsədi dünyanın müxtəlif
yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və
incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız
qalasının dünyada təbliğinə töhfə verməkdir.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın
rəmzi hesab olunan Qız qalasının geniş coğrafiyada tanıdılması
məqsədilə keçirilən incəsənət festivalında 26 ölkədən 28 tanınmış
rəssam iştirak edib.
Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli
üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin
sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər
yaradıblar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu nadir
müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək,
qalanın təbliğində əhəmiyyətli vasitəyə çevrilir.
Təşkilatçılar bu festival vasitəsilə diqqəti həm də ətraf mühitin
mühafizəsi məsələsinə yönəldirlər. Nəsli kəsilməkdə olan “Qafqaz
beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq
rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə
bəzədilib.
Festivalda sərgilənən işlərlə yaxından tanış olan Leyla Əliyevaya
məlumat verilmişdir ki, hər il iştirakçı rəssamların müxtəlif
ölkələri təmsil etməsi festivalın coğrafiyasını genişləndirərək
mədəniyyətlərarası dialoqa mühüm töhfə verir.
Müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında Leyla Əliyevaya
ətraflı məlumat veriblər. Tədbirdə “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxış edərək
mühüm bir layihənin reallaşdırılmasına göstərdiyi diqqət və qayğıya
görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Vurğulanıb ki, 2010-cu ildə başlanan, üç il ardıcıl olaraq
Azərbaycanın paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində
keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivalının
beşincisinə bu il yenidən Bakı ev sahibliyi etmişdir. Ötən illər
ərzində festivalda dünyanın müxtəlif ölkələrindən gələn 70-dən çox
tanınmış rəssam iştirak edib.
Vurğulanmışdır ki, festivalın konseptual xəyal sərhədləri hər il
yeni tematik komponentin əlavə edilməsi sayəsində genişlənir. Bu il
Bakıda festival çərçivəsində dünyada küçə incəsənətinin (street
art) ən populyar növlərindən biri olan 3D rəsmlər təqdim
edilmişdir. Üç ölçülü optik illüziyanın köməyi ilə yaranan müəyyən
nəzər nöqtəsi Qız qalasının zirvəsinə qalxmaq, qədim şəhərin
meydanına açılan məftunedici mənzərəni seyr etmək imkanı
yaratmışdır.
Hesab edirəm ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif
ölkələrindən gəlmiş rəssamlara bir-birilərinə məhəbbət, sülh və
qarşılıqlı anlaşma mesajını çatdırmağa imkan yaradır. Tədbirdə
çıxış edən festivalın əlaqələndiricisi Emin Məmmədov vurğulamışdır
ki, artıq beş yaşı tamam olan bu beynəlxalq layihə ilk addımdan
diqqəti cəlb etmiş və qısa zamanda dünyanın ən məşhur rəssamlarını
ətrafına toplayıb.
Diqqətə çatdırılıb ki, burada hazırlanan bənzərsiz sənət əsərlərinə
çevrilən Qız qalası və ceyran maketləri əvvəlcə Bakı sakinləri və
şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif
ölkələrdə sərgilənir, Vətənimizi, onun tarixini və mədəniyyətini
təmsil edir.
Festivalın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
minnətdarlığını bildirən misirli rəssam Mohamed Abouelnaqa ilk dəfə
Bakıda olmasından məmnunluğunu ifadə edilib.
Qonaq vurğulayıb ki, mədəniyyət sərhəd tanımır və o irqindən,
dinidən asılı olmayaraq, hər bir kəsi həmrəyliyə, sülhə
səsləyir.
Rəssam bildirib ki, belə möhtəşəm sərgidə iştirak etməklə həm
Azərbaycanı kəşf etdik, həm də özümüzə yeni dostlar qazandıq.
İnanıram ki, bu festival ənənəvi olaraq keçiriləcək və hər dəfə öz
yenilikləri ilə insanları heyrətləndirəcək.
Tədbirdə “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalına həsr
olunmuş videomaterial nümayiş etdirilib.
Paytaxtımızın sakinləri və qonaqları festival çərçivəsində
hazırlanmış bu gözəl əsərlərlə yayın sonunadək tanış ola
biləcəklər.
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."