Tanınmış müğənni həbsə düşdü
Bizi izləyin

Tabloid.az

Tanınmış müğənni həbsə düşdü

Tanınmış amerikalı müğənni Kris Braun bir illik azadlıqdan məhrum olunub. Müğənni martın 14-də Malibu reabilitasiya mərkəzini icazəsiz tərk etdiyinə görə saxlanılmışdı. Müğənni həmin xəstəxanada aqressiya tutmalarından müalicə olunurdu. Bundan əlavə, müğənni tibb bacısına fiziki təzyiq göstərib və qadağan olunmuş maddələrin yoxlanılması üçün analizdən imtina etmişdi. Bütün bu əməlləri müğənninin həbsə getməsinə yol açıb.



Kris Braun 2009-cu ildə keçmiş sevgilisi olan məşhur müğənni Riannanı döydüyü üçün 5 illik şərti cəzaya, ictimai işlərə məhkum edilmişdi.



Bundan sonra müğənni aqressiyaya meylli insanlar üçün reabilitasiya kursu keçib.



2013-cü ildə isə Ağ evin yaxınlığında dava etdiyi üçün müğənnini polis saxlamışdı. /Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm