• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şou-biznesin ulduzları kitab oxuyurmu? - SORĞU

Şou-biznesin ulduzları kitab oxuyurmu? - SORĞU

Həmişə Azərbaycanda kitab oxuyanların az olduğu haqqında eşidirik. Kitab oxuyanlar az olsa da kifayət qədər mütaliə edənlər də var.

Bəs görəsən televiziyalarda tez-tez gördüyümüz, ciddi mövzular ətrafında müzakirələr aparan məşhur incəsənət nümayəndələri sonuncu dəfə hansı kitabı oxuyublar? Ya da ümumiyyətlə kitab oxuyublarmı?

Etatist.com bəzi sənət adamlarına "Sonuncu dəfə hansı kitabı oxumusunuz?" sualı ilə müraciət edib.

Məşhur müğənni Mübariz Tağıyev çoxdandı kitab oxumadığını dedi:

"Düzünü desəm çoxdandı kitab oxumuram. Ən son oxuduğum "Beatles" qrupunun yaradıcılığı ilə bağlı bir kitab idi. O da hardasa 10 il bundan qabaq olmuşdu. Bilirsiniz, bu sənət elədir ki, belə şeylərə vaxt olmur, arada oxumağa çalışırıq".


Rüfət Axundov mütaliə etməyi sevmədiyini, dedi. Bunun səbəbi kimi isə bu dövrün internet dövrü olduğunu göstərdi:

"Maşallah, indi internet dövrüdür, nəsə xəbər oxumaq istəyəndə açıb ordan oxuyuruq, kitab isə o qədər də yox".

Müğənni Nazəninin xaricdə olduğunu söyləyən prodüseri Nigar xanım onun poeziyanı daha çox sevdiyini bildirdi:


"Axırıncı dəfə Ramiz Rövşənin "Nəfəs” kitabını oxuyub. Bir də, Çingiz Haqverdiyevin bir neçə çizgi kitabını alıb, onu oxuyur. Nazənin xanım mütaliə etməyi sevir, ən çox qəzet, jurnal və internetdə maraqlı nəsə olanda mütləq şəkildə izləyir".

Maestro Ceyhun vaxtı olanda mütaliə etdiyini söylədi:


"Axırıncı dəfə uşaqlıqda Salam Qədirzadənin bir kitabını oxumuşam. Harasa təyyarədə uçurdum, bekarçılıq idi, ordakı hekayələri oxudum".


Nüşabə Ələsgərli də imkan daxilində mütaliə etdiyini dedi:


"Axırıncı dəfə Çingiz Abdullayevin "Üçüncü variant” kitabını oxumuşam".

Görünən odur ki, sənət adamlarının əksətiyyəti ya mütaliə etməyi sevmir, ya da vaxt məhdudluğundan mütaliə etmirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR