Nazirimiz 8-ci İslam Konfransında iştirak edir
Bizi izləyin

Tabloid.az

Nazirimiz 8-ci İslam Konfransında iştirak edir

2013-cü ilin mədəniyyət paytaxtı seçilən Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı keçirilir.

2013-cü ilin mədəniyyət paytaxtı seçilən Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı keçirilir.

Publika.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə, konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın açılış mərasimində Ə.Qarayev çıxış edərək, İSESKO-nun son iki il müddətindəki fəaliyyətini yüksək qiymətləndirib.

Səfər çərçivəsində nazir İSESKO-nun baş direktoru Əbdüləziz Osman ət-Tüveyci və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Mohieddin Xoca ilə görüşlər keçirib. Ə.Qarayev həmçinin Səudiyyə Ərəbistanı Kral ailəsinin üzvü, Mədinənin əmiri Feysəl bin Salman əs-Səud ilə də görüşüb.

Konfrans yanvarın 24-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm