Cavanşir Məmmədov əsəblərinə hakim ola bilmədi
Bizi izləyin

Tabloid.az

Cavanşir Məmmədov əsəblərinə hakim ola bilmədi

ATV-nin efirində xalq artisti aktrisa Kübra Əliyeva ilə əməkdar artist müğənni Cavanşir Məmmədov arasında gərginlik yaşanıb.

Publika.az-ın məlumatına görə, qeyri-rəsmi nikahlara həsr olunmuş “Öz aramızda” verilişdə Cavanşir Məmmədov özünü nümunəvi ər kimi tərifləyib. Bu məqamda Kübra xanım dilini dinc saxlamayıb: “Sizdə də arada sürüşmələr olur”. Bu sözdən əsəbiləşib özündən çıxan müğənni aktrisanı acılayıb. Onu düzgün başa düşmədiyini deyən Kübra xanım “Mən pis mənada demədim” deyərək sözünə düzəliş etmək istəyib. “Sürüşkənin yaxşısı-pisi olmur”-Cavanşir Məmmədov daha kobud ifadə işlədib: “Sürüşkənlik sizdə olur”.

“Mən sizin xanımınıza səcdə edirəm, o xanım doğrudan da səcdə ediləsidir”-aktrisanın bu sözü də cavabsız qalmayıb: Mənə səcdə edin, çünki o xanımın da əri mənəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm