Azərbaycanlı rəssamın xeyriyyə sərgisi keçiriləcək
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı rəssamın xeyriyyə sərgisi keçiriləcək

Bakıda yanvarın 24-də tanınmış sənət adamı – şair-publisist, rəssam Adil Mirseyidin növbəti – ikinci fərdi sərgisi keçiriləcək

Bakıda yanvarın 24-də tanınmış sənət adamı – şair-publisist, rəssam Adil Mirseyidin növbəti – ikinci fərdi sərgisi keçiriləcək.

Sərgi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi ilə Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil edilib.

Sərgi “satış-sərgi” janrında keçiriləcək və xeyriyyə xarakteri daşıyacaq. Belə ki, Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri edib və bu səbəbdən “satış-sərgi”dən əldə ediləcək vəsait onun tədbirdə iştirak edən ailə üzvlərinə təhvil veriləcək ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva sənətsevər ictimaiyyətimizin A.Mirseyidin gözəl sənət əsərlərini seyr etmək üçün sərgiyə gələcəklərinə, öz dəstəklərini göstərəcəklərinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında keçiriləcək. /Gun.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm