"Mənə xəyanət etdi, onu elə bir halda yaxaladım ki..."
Bizi izləyin

Tabloid.az

"Mənə xəyanət etdi, onu elə bir halda yaxaladım ki..."

Aparıcı Lətafət Ələkbərova şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.

Aparıcı Lətafət Ələkbərova şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.

“Öz aramızda” verilişinin qonağı olan aparıcı həyat yoldaşının ona xəyanət etdiyini deyib:

“Çoxları kənardan baxır, deyir bəxtəvərdir. Amma yox... Mən gənc bir müğənni ilə ailə qurdum. Üç il aparıcılıqdan uzaqlaşdım. Onu elə bir halda yaxaladım ki... Anama dedim, qızımı apar, görməsin. Mənə xəyanət etdi. Onun istəyi ilə hər şeyi atmışdım. Telefonum belə yox idi. Ona hədsiz güvənirdim. Məni inandırmışdı ki, onun üçün ailə müqəddəsdir. Elə bir evdə yaşayırdıq ki... Hamilə idim, aclığa dözürdüm. Qızım doğuldu, xəstə oldu. Dərman almağa pulum yox idi. Bir aparıcı dostum kömək etdi. Ərimin banklara borcu var idi, maşınımı satdım. Sonra barışmaq istədi. Amma mən hər şeyi görmüşdüm, geri qayıtmaq istəmirdim. Çox sındım, bağışlaya bilmərəm. Heç kimə bunu arzulamıram. Mənə xəyanət etdiyi xanım da başqası ilə ailə qurdu. İndi hər gün deyirəm ki, qızım Allahın lütfüdür. O evliliyə görə peşman deyiləm. Qızım hər şeyimdir. Bir il qızımı ona göstərmədim. İndi hərdən görüşürlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm