Zaur Baxşəliyevə “qiymətli” hədiyyə bağışladılar - FOTO
Bizi izləyin

Tabloid.az

Zaur Baxşəliyevə “qiymətli” hədiyyə bağışladılar - FOTO

Həyat yoldaşının studiyada saz ifasını eşidən Günay özünü Zaurun yanına belə çatdırdı.

Həyat yoldaşının studiyada saz ifasını eşidən Günay özünü Zaurun yanına belə çatdırdı.

Zaur və Günay Baxşəliyevlərin təqdimatında yayımlanan “Məni yarımdan soruş” verlişi bu həftə də maraqlı məqamlarla yadda qalıb. Verlişin ən yadda qalan hadisəsi isə final cütlüklərindən birinin Zaura etdiyi hədiyyənin studiyaya gətirildiyi zaman yaşanıb.

Belə ki, Zaur bu hədiyyəni görər-görməz bundan çox duyqulanaraq, “Mənim babam aşıq olub. Amma mən artıq müəyyən səbəblərdən 2 ildir ki, sazı əlimə almıram. Sizin bu hədiyyəniz mənim üçün milyonlardan, milyardlardan qiymətlidir” sözlərini söyləyib.

Finalçıların təkidindən sonra Zaur həmin sazla həzin bir aşıq havası ifa etməyə başlayıb. Həyat yoldaşının bu ifasını eşidən Günay dərhal studiyaya Zaurun yanına gəlib. İfa bitdikdən sonra, “Ürəyim dözmədi, sazın səsin eşitdim gəldim” deyən Günayın bu sözləri studiya və ekran başındakıları bir qədər də təsirləndirib. /Gecce.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm