Nisə Qasımovanın retro mahnıları yeni aranjemanda
Bizi izləyin

Tabloid.az

Nisə Qasımovanın retro mahnıları yeni aranjemanda

Xalq artisti Nisə Qasımova tezliklə yenilikləri ilə sevindirəcək.

Sənətkar xanım keçmiş hitlərini yeni albom halında təqdim etmək niyyətindədir. Müğənni bugünlərdə yerli radiolarda və sosial şəbəkələrdə musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid məhşur "Elə Baxma" mahnısını yeni versiyada təqdim edib. 80- ci illərin hitlərindən olan mahnıya yeni nəfəs verən Nisə xanım Publika.az-a açıqlamasında bunları söyləyib:

"İfa etdiyim bütün retro mahnıları müasirləşdirib gənc nəsilə çatdırmaq lazımdı. Ama müasirləşdirmə deyəndə artıq klassikaya çevrilmiş əsərlərin tanınmaz hala çevrilməsini nəzərdə tutmuram. Hər dövrün musiqisinin bir texniki tələbi var. Yaxşı ki, mənim özümün şəxsi studiyam var və söylədiyim kompazisiyaları illər öncə oxuduğum qaydada ,amma daha müasir aranjemanda ifa edə bilirəm."

Qeyd edək ki Nisə xanım payız aylarında sevənlərini yeni albomla sevindirmək niyyətindədir.


Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm