İndi Bakıda “Avatar”a 3D formatında baxa bilərsiniz
Bizi izləyin

Tabloid.az

İndi Bakıda “Avatar”a 3D formatında baxa bilərsiniz

Park Cinema kinoteatrlar şəbəkəsi ilk dəfə “Avatar” fantastik blokbasterini 3D formatında Azərbaycan tamaşaçılarının diqqətinə çatdıracaq.

Bu haqda Park Cinema kinoteatrlar şəbəkəsinin müdiri Namiq Quliyev danışıb:

“İstedadlı rejissor Ceyms Kemeronun möhtəşəm yaradıcılıq əsəri olan və kino tarixində yeni səhifə açan “Avatar” filmi hələ 2009-cu ildə geniş tamaşaçı kütləsininin ixtiyarına verilib. Lakin o zaman Azərbaycanda 3D formatlı filmləri nümayiş etdirə bilən kinoteatrlar olmadığı üçün ölkəmizdə kinomanlar çəkilişlərin əzəmətliliyini və texniki imkanların filmə qatdıgı qeyri -adi imkanların miqyasını hiss edə bilməyib.”

Namiq Quliyev əlavə edib ki, o zaman “Avatar” filminə 2D formatında baxmaqla kifayətlənən Azərbaycan tamaşaçısı yenə də filmi bəyənib.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm