“Göyçək Fatimə”nin sürprizi - Video
Bizi izləyin

Tabloid.az

“Göyçək Fatimə”nin sürprizi - Video

“Göyçək” ləqəbi ilə tanınan Fatimə Fətəliyeva bu gün 29 yaşını qeyd edən prodüseri Aysel Məhəmmədə sürpriz edib.

Publika.az-ın məlumatına görə, ötən gecə Fatimə tələbələri ilə birgə prodüserinin yaşadığı evə gəliblər. Prodüserin xoş gününə qatılan F.Fətəliyeva öz təəssüratlarını bu cür dilə gətirib: “Açığı bölgədəki konsertləri bitirib Bakıya yeni gəlmişəm. Çox yorğun idim, bir az dincəlib Ayseli təbrik etməyə gəldim. Aysellə prodüser -işçi münasibətində olmamışam. O, mənim həm rəfiqəm, həm dostum, həm qızımdır. Xeyli illərdir ki, mənimlə birlikdədir. Ən əsası mənim hər bir anıma şahiddir. Ona bu doğum günündə xoş günlər arzu edirəm. Arzu edirəm ki, tezliklə ailə qursun”.

Fatimənin sözlərindən sonra doğum gününü qeyd edən Aysel öz düşüncələrini dilə gətirdi: “Açığı bu cür sürprizi gecə vaxtı gözləmirdim. İnanmırdım ki, mənə belə bir sürpriz edərlər. İnanırsınız çox sevindim. Məni təbrik edənlərə, başda Fatimə xanım olmaqla hər kəsə minnətdaram”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm