“Miss Globe Azerbaijan” üçün gözəl qızlar seçiləcək
Bizi izləyin

Tabloid.az

“Miss Globe Azerbaijan” üçün gözəl qızlar seçiləcək

İyunun 21-də Bakıda əsrarəngiz Crystal Hall-da baş tutacaq “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna start verilib.

May ayının 16,17, və 18-i “Kempinski”də sənədlərin qəbulu aparılacaq.

Dünyaca məşhur müsabiqənin 89-cu Finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla biləcək. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə sənəd qəbulu tələb olunur.

Ayın 25-də isə nüfuzlu münsiflərin seçimi ilə “Miss Globe İnternational- Azerbaycan” adına layiq görüləcək iştirakçının adı məlum olacaq.

Qeyd edək ki, “Miss Globe Azerbaijan” Gözəllik Yarışması MERAC” production və SİGNS ART ADVENTURE” şirkətinin, “Xəzər Adaları”nın dəstəyi ilə təşkil edirlir.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm