Tanınmış müğənnidən portağallı pəhriz
Bizi izləyin

Tabloid.az

Tanınmış müğənnidən portağallı pəhriz

Tanınmış müğənnidən portağallı pəhriz

Kilo atmaq sənətçilər üçün bir o qədər çətin olmasa da, azalan çəkini qorumaq əksinə müşküldür.

Tanınmış müğənni Sevinc Musayevanın son 1 ildə kifayət qədər çəki atması, ətrafının diqqətindən yayınmayıb. İradəli müğənni bu addımı ilə təəccüb yarada bildi.

Uzun müddət 72-75 kq çəkidə olan və dostlarının vaxtilə “toppuş” adlandırdığı Sevinc Musayeva bu ləqəbi üzərindən ata bilib.

Xüsusi pəhriz və rejimə outran sənətçi 20 kq çəki atıb və çəkisini 55-ə endirdi.

Milli mətbəximizə biganə qalmayan Sevinc xanım son günlər 2 kilo kökəldiyini hiss edib, dərhal yeni pəhrizdən faydalanıb. Müğənni deyir, bu, üsul da faydalıdır.

“55 kq olanda, hiss eləyirdim üzüm çox arıqlayıb, mənə yaraşmır. Bu dəfə bir qədər yüngül və faydalı olanı köməyimə gəldi. Xəsislik etmədən onu da publika ilə paylaşacam. Hər gün 6-7 ədəd portağal yeyirəm. Bir neçə gündən bir yeşiklə evə portağal alırıq. Həm vitamindir, həm də çəki atmağa səbəb. Səhər iki ədəd yeyirəm. Sonraki saatlarda çay, su qəbul edirəm. Günorta çox acanda, yüngül qida qəbul edirəm.

Üstündən yenə iki portağal. Axşam yenə 2-3 portağalla günümün qida rasionunu tamamlayıram. 2-3 həftə bu üsulla qidalanıb, 3 kq atmışam. Hazırda 56 kq çəkidəyəm. Bunu normal hesab edirəm. Bizim xanımlara bir az toppuşluq yaraşır” – deyən sənətçi söhbətinə yumor hissi ilə yekun vurdu.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm