Məşhur cütlüyün oğlan olmaq istəyən qızı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur cütlüyün oğlan olmaq istəyən qızı - FOTOLAR

Dünyanın ən gözəl cütlüklərindən biri hesab edilən Ancelina Coli və Bred Pitt daima diqqət mərkəzindədirlər. Cütlüyün ən diqqət cəlb edən tərəfi onların 6 övladıdır.

Bu günlərdə cütlüyün ilk doğma övladı üzə çıxıb. 8 yaşlı Şilo Coli Pitt görünüşü ilə diqqət mərkəzində olub. 2006-cı ildə Namibiyada doğulan Şilo Nyu-Yorkda qardaşı Pax Thien Coli Pitt ilə gəzitiyə çıxıb.



Mühafizəçilərin müşayiəti ilə gəzən Şilo əsl oğlan kimi geyinib. Belə ki, adi idman şalvarı və köynəyində olan Şilo kameraları görən kimi qəribə hərəkətlər etməyə başlayıb.



Şilonun həmyaşıdı olan qız uşaqlarından fərqli göründüyü diqqətdən qaçmayıb.



Qeyd edək ki, bir necə il öncə "Vanity Fair" jurnalına müsahibə verən Ancelina Coli böyük qızının oğlan olmaq istədiyini demişdi. "Biz də o istədiyi üçün saçlarını qısa kəsdirdik. Geyim tərzini də özünəuyğun müəyyənləşdirdik. Qızım oğlan kimi geyinmək istəyir".


Bred Pitt isə qızının adını sevmədiyini qeyd etmişdi. "Ona Şilo deyəndə bizə səs vermir. Con kimi müraciət edilməsini istəyir". /anspress








Oxumağa davam et
Reklam
Reklam

Gündəm